Azərbaycanın ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və strateji tərəfdaşlıqların daha da gücləndirilməsi istiqamətində yürütdüyü xarici siyasət çevik və fəal diplomatiyanın nəticəsidir.

 

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin son xarici səfərlərinə münasibət bildirən millət vəkili Fazil Mustafa deyib. Millət vəkili Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin milli maraqlara söykəndiyini vurğulayıb:

“Azərbaycanın çevik və balanslı xarici siyasət kursu, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, müxtəlif səviyyəli layihələrdə iştirakı və mühüm iqtisadi layihələri həyata keçirməsi indiki məqamda olduqca vacib sayılır. Ölkə prezidenti hazırda bu istiqamətdə çox fəal bir siyasət aparır və bu kursun faydalı nəticələrinin şahidi olmaqdayıq. Son günlərdə Azərbaycanın xarici siyasət kursu öz fəallığı ilə seçilir. Prezident İlham Əliyevin son iki həftədə Rusiya, Qırğızıstan və Xorvatiyaya səfərləri və həmin ölkələrlə imzalanmış sazişlər bunu bir daha sübut edir”.

Millət vəkili bildirib ki, Azərbaycanın Rusiya ilə münasibətlərini daha da inkişaf etdirməsi baxımından ölkə rəhbəri vacib addımlar atdı:

“Eyni zamanda, türkdilli ölkələrin vahid formatda birləşməsi məsələsində də faydalı işlər görüldü. Bu, birbaşa Azərbaycanın nüfuzunun qalxmasına xidmət edir. Nəhayət, ölkə rəhbərinin Xorvatiyaya səfər Bakının xarici dinamik siyasətinin və yüksək beynəlxalq nüfuzunun bariz göstəricisidir. Xorvatiya Avropa məkanında aparıcı ölkələrdən biridir. Bu NATO ölkəsi ilə münasibətlərin inkişafı Azərbaycan üçün zəruridir. Bütövlükdə, hər üç səfər olduqca əhəmiyyətlidir və bu səfərlərin konkret nəticələrini yaxın zamanlarda görəcəyik. Azərbaycanın yürütdüyü xarici siyasət çevik və fəal diplomatiyanın nəticəsidir və verilən müsbət reaksiyalar dünyada Azərbaycana hörmətlə yanaşıldığını əyani şəkildə təsdiq edir. Ümid edirəm ki, bu xarici siyasət xüsusilə regionda və bu bölgədə Azərbaycanın ciddi bir güc mərkəzi olaraq tanınmasına xidmət edəcək. Bakı ikitərəfli xarici əlaqələrin inkişaf etdirilməsi prosesini davam etdirəcək və bu fonda qarşıda mühüm səfərlərin şahidi olacağıq”.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti