|
Qatarda yaranmış nasazlığa görə ümumi xətt üzrə 10 dəqiqə gecikmə olub.
Nasazlığın səbəbi texniki baxışla müəyyən ediləcək.
Bu sözləri Axar.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu gün qatarlar arasında yaranmış fasilənin səbəbləri barədə danışarkən bildirib.
Onun sözlərinə görə, qatarda nasazlıq səhər saat 10:50 radələrində baş verib:
“Sahil” və “28 May” stansiyaları arasında nasazlıq olub. Köməkçi qatar vasitəsilə nasaz qatar xətdən çıxarılıb. Təlimat tələbinə görə həmin qatar boşaldılıb, 20 dəqiqə ərzində xətdən çıxarılıb.
Yerinə yeni qatar buraxılıb. Ümumi xətt üzrə 10 dəqiqə gecikmə olub. Nasazliğın səbəbi texniki baxışla müəyyən ediləcək”.
Qeyd edək ki, bu gün qatarın nasazlığı səbəbindən stansiyalarda sərnişin sıxlığı müşahidə edilib.