Ermənistan baş nazirinin Rusiya səfərinin nəticəsiz başa çatdığını düşünürəm.

Paşinyan anlayır ki, Rusiya onu devirəcək. Bu səbəbdən Rusiya ilə münasibətləri nizama salmağa, Kremlə itaət göstərməyə getmişdi. Hətta Rusiya prezidenti Putinə yaltaqlanaraq bildirdi ki, baxın görün, qısa vaxtda neçənci görüşümüzdür, bizim hətta xüsusi insani münasibətlərimiz də var. Paşinyan belə deyəndə Putinin çöhrəsi dəyişmədi.

Bu fikirləri Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva səfərini şərh edərkən deyib.

Politoloq xatırladıb ki, əslində Paşinyana ciddi ismarıclar edilib:

“Onu məcbur etdilər ki, general Yuri Xaçaturovu həbsdən buraxsın. Sonra məcbur etdilər, sabiq prezident Robert Köçəryanı azadlığa buraxdı. Daha sonra Prezident Putin Robert Köçəryana zəng vuraraq onun ad gününü təbrik etdi. Bununla Paşinyana “sən mənim dostuma toxunsan, ciyərini çıxararam” mesajı verildi.

Bundan əvvəl Kremli Paşinyana bəzi işarələr vurmuşdu. Məsələn, Şirak vilayətinin Panik kəndində rus hərbçilər avtomatdan atəş açdılar. Paşinyana mesaj verildi ki, sən xalqa çox güvənirsən, amma biz xalqı sənə qarşı çevirə və səni aşıra bilərik.

İndi Paşinyan dərk edir ki, mövqeyi laxlayır. Odur ki, gedib ağası Rusiyanın könlünü almağa. Ancaq Moskva göz yaşlarına inanmır. Moskvaya itaət lazımdır. İtaət üçün gərək Rusiyaya sadiq dövlət başçısı olasan. Xalqına söykənən erməni hakimiyyəti Rusiya istəmir”.

Zərdüşt Əlizadə Nikol Paşinyanın Moskvada “bir-birimizin daxili işlərinə qarışmayaq” ifadəsini işlətməsini də uğursuz gediş adlandırıb:

“Bu, gülünc ifadədir. Əslində Paşinyanın dediyi bu fikir beynəlxalq hüququn müddəasıdır. Amma beynəlxalq hüququn müddəaları dövlətlərin gücündən asılıdır. ABŞ dünyada bütün ölkələrin işlərinə qarışır. Məsələn, Suriya hökumətinin dəvəti olmadan orada qoşun yerləşdirib və deyir ki, çıxmıram. Əfqanıstana BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan daxil oldu. Eləcə də İraqa girdi, Yuqoslaviyanı bombaladı. ABŞ bütün dünyada seçkilərə qarışır, sonra da şivən salır ki, Rusiya onun seçkilərinə müdaxilə edib.

Paşinyanın “bir-birimizin daxili işlərinə qarışmamaq” bəyanatı gülüncdür. Ermənistan Rusiyanın daxili işlərinə qarışması üçün hansı imkanlara malikdir? Rusiyada yaşayan 2 milyona yaxın erməni rus hakimiyyətinin xidmətində durub hökumətə yalvarır ki, bizim pul qazanmağımıza mane olma. Lazımdırsa, biz Ermənistanı da, Qarabağı da satarıq, təki bizim pul qazanmağımıza mane olmayasan.

Samvel Karapetiyan və digər erməni milyonçular var ki, onlar ancaq rus hakimiyyətinin mərhəmətindən istifadə edərək nələrsə qoparıblar. Onlar rusların xoşuna gəlməsələr əllərindən hər şey alına bilər.

Ermənistanın Rusiyanın daxili işlərinə qarışmasına heç bir imkanı yoxdur, Rusiyanın Ermənistanın daxili işlərinə qarışması üçün 100 faiz imkanı var. Hərbi bazasından tutmuş, erməni iqtisadiyyatındakı payı, erməni cəmiyyəti daxilindəki beşinci “kolon”u, casus şəbəkəsi, sərhədlərin qorunmasına qədər hər cür imkanlara malikdir”.

Politoloq qeyd edib ki, Ermənistanın qərbə yönəlməsi nağıldır: “Paşinyanın bütün nazirləri qərbyönlü olsa belə, indiki siyasi sistem daxilində heç nə edə bilməz. Bunun üçün Paşinyan xalqa söykənərək sistemi dəyişməlidir. Hansı xalqa söykənir? Beyni tamamilə çaşmış, səhv düşünən xalqa? Bu xalq “Arsax” bağırır. Nə qədər ki, “Arsax, Arçax” deyə qışqırırlar, Ermənistan qəfəsdən çıxa bilməyəcək”.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti