Ermənistanın sabiq prezidenti Robert Köçəryan qatı cinayətkardır.

Onunla bizim ayrıca haqq-hesabımız olacaq. O, Azərbaycanda tökülən qanlara görə cavab verməlidir. Köçəryanla bağlı aparılan istintaq həm də onun erməni xalqının qanuna susamış cani olduğunu göstərir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, ali qanunverici orqanda 122 saylı Xankəndi seçki dairəsini təmsil edən Flora Qasımova deyib.

Deputat hesab edir ki, Ermənistanın yeni hakimiyyəti öz ölkəsinin gələcəyini düşünürsə, ilk növbədə işğalçılıq siyasətinə son qoymalıdır: “1 milyon köçkün illərdir düzlərdə qalıb köçkünlük həyatı yaşayır. Bunun cavabını Paşinyandan da, Köçəryandan da istəyəcəyik. Paşinyan Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu deyib. Hələ başa düşmür ki, Ermənistan torpaqları Azərbaycanın bir parçasıdır. Gedib tarixi öyrənsin. Ermənistan dövləti olmayıb, dövlətçilik təcrübələri olmadığına görə yeni dövlət qura bilməyiblər. Sərhədboyu qonşularına qarşı ərazi iddiaları irəli sürürlər. Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı söylədiyi fikirlərlə beynəlxalq hüququn norma və prinsiplərini pozur. Onun bu bəyanatları Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirmək niyyətini büruzə verir. Orada gündə biri hakimiyyətə gəlir, hamısı barəsində də cinayət işi açılır. Paşinyan qəhrəmanlıq etdiyini düşünür, kimlərinsə fitvası ilə təbliğata başlayıb. Halbuki Ermənistan bir dövlət kimi özünü sübut edə bilmir, Rusiyanın for-postudur, Rusiya onun arxasından çəkilsə, yer üzündə Ermənistan adında dövlət olmayacaq”.

Flora Qasımovanın fikrincə, Azərbaycanla Ermənistan arasında ciddi fərqlər mövcuddur: “Azərbaycanın dünyanın bütün ölkələri ilə siyasi, iqtisadi, mədəni əlaqələri, xoş münasibəti var. Dövlət kimi özümüzü təsdiq eləmişik, dünyada nüfuzumuz var. Torpaqlarımızın işğaldan azad olunacağı gün də uzaqda deyil”.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti