İraqda keçirilən son parlament seçkilərində iranyönümlü şiələr istədikləri nəticəni əldə edə bilmədilər.

 

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Cənubi İraq şiələrinin hərəkatının lideri Müqtəda əs-Sədr Səudiyyə Ərəbistanına səfərindən sonra vətənində iranyönümlü qüvvələrə qarşı əks mövqe aldı:

“Müqtəda əs-Sədr Kərkükdə qətliamlar edən Haşdi-Şabinin bu şəhərdən çəkilməsini tələb etdi. Bununla kifayətlənməyən əs-Sədr Kərkükü Haşdi-Şabidən təmizləmək üçün ordusunu bu şəhərə göndərdi. Səudiyyə Ərəbistanı yavaş-yavaş İraqda istədiyinə nail olur. Bu ərəb ölkəsində vətənpərvər şiələrlə iranyönümlü şiələr qarşı-qarşıya gəliblər. İraqda millətçilik məzhəbçiliyi üstələdi. Bu yaxşı haldır. Bu aksiyaların arxasında isə Səddam devriləndən və İraq ABŞ tərəfindən işğal ediləndən sonra hakimiyyətə gətirilən iranyönümlü qüvvələrin yarıtmaz siyasəti durur”.

Politoloq vurğulayıb ki, həmin qüvvələrin əli ilə İran İraqı öz növbəti ostanına çevirmək istədi:

“İraqda ABŞ-ın bilavasitə iştirakı ilə iqtidara gətirilən iranyönümlü şiələr sünnilərdən intiqam almağa başladılar. Artıq vəziyyət o yerə çatıb ki, İraq şəhərlərində Xameneinin böyük şəkilləri asılmağa başlayıb. Abadi Tehranın əlində bir oyuncağa çevrilib. Üstəlik korrupsiya, acınacaqlı sosial vəziyyət bu narazılıqları daha da şiddətləndirir”.

Politoloq qeyd edib ki, İraq İranla 8 il müharibə etmiş dövlətdir:

“Aydın məsələdir ki, iraqlılar İranın ölkələrində belə at oynatmasına sona qədər dözən deyildilər və dözmədilər də. Parlament seçkilərində Abadi məğlub olandan sonra iğtişaşlar başladı. Gözlənildiyi kimi, ilk etiraz dalğası Cənubi İraqın qeyri-rəsmi paytaxtı Bəsrədən gəldi. Cənubi İraq şiələrinin lideri Müqtəda əs-Sədrin şəhəri Bəsrə İraq tarixində çox böyük önəmə malikdir. İranda Təbrizdirsə, İraqda Bəsrədir. İran Suriyada hələlik qalib gəlsə də, İraqda məğlub olmaqdadır. Bağdad qədim sivilizasiya, dövlətçilik tarixinə malik olan ərazidir. İraqda ərəb millətçiliyi şiə məzhəbçıliyini üstələdi. Bu da İrana ətrafında "şiə qurşağı" qurmaq yönündə böyük zərbə oldu”.

Qeyd edək ki, 8 iyuldan İraqın Bəsrə şəhərində başlayan etiraz aksiyaları hələ də davam edir. Etirazçılara qarşı güc tətbiq etdikləri üçün Bəsrədə polis və ordu rəhbərliyi dəyişdirilib.

20 Noyabr 2024 ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalandı
20 Noyabr 2024 ADY sədri COP29 çərçivəsində dəmir yollarında etibarlı həllər mövzusunda panel müzakirələrində iştirak edib
19 Noyabr 2024 ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub
19 Noyabr 2024 ADY və “Stadler Rail Group” arasında yeni anlaşma: dəmiryol sektorunda kadr hazırlığı üçün Təlim və İnkişaf Mərkəzi yaradılır
07 Noyabr 2024 Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib
07 Noyabr 2024 Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxişı keçirib
25 Oktyabr 2024 Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçirilıb VİDEO/FOTO
23 Oktyabr 2024 ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib
17 Oktyabr 2024 Daxili İşlər Nazirliyində Kollegıya iclası keçirilib
16 Oktyabr 2024 ADY İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edib
13 Oktyabr 2024 Azərbaycan dəmiryolçularının peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
12 Oktyabr 2024 Peşə bayramı ilə əlaqədar veteran dəmiryolçularla görüş
10 Oktyabr 2024 Nazir Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
08 Oktyabr 2024 Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb FOTO
01 Oktyabr 2024 ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsində dəmir yollarının ətraf mühitə qayğısından danışıb
27 Sentyabr 2024 AAYDA-nın rəhbərliyi və əməkdaşları Zəfər parkında olublar FOTO
27 Sentyabr 2024 ADY ailəsi olaraq Zəfər parkında oldular
25 Sentyabr 2024 ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizin perspektivlərini müzakirə etdi
24 Sentyabr 2024 ADY “InnoTrans” beynəlxalq sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur
20 Sentyabr 2024 Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO

Xəbər lenti