|
Rusiya, İran və Azərbaycan liderləri ilin sonuna qədər Rusiyada bir araya gələcək və müxtəlif sahələr üzrə müqavilələr imzalayacaq.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov Azərbaycan-Rusiya münasibətlərinə həsr olunan Bakı-Moskva videokörpüsü zamanı bildirib.
"Qazaxıstanın Aktau şəhərində imzalanan Xəzər dənizinin statusuna dair saziş üçlü zirvədə yeni sazişlər üçün yol açdı. İpək yolu və Avrasiyada inteqrasiya ilə bağlı nəqliyyat müqavilələrinin önündə də bir əngəl qalmadı", - Kalaşnikov qeyd edib.