|
Olmasa
Ey dostum, torpaqda yatan sərvətin
Nə xeyri, yerini bilən olmasa.
De, kimə lazımdı varın-dövlətin
Qapına bir nəfər gələn olmasa.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Namərdin aşına əlini vurma,
Sənə əl açanın qəlbini qırma,
O kəslə əylənib, o kəslə durma-
Duz-çörək qədrini bilən olmasa.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Yaxşılıq daşından bir saray yarat,
Dara düşənlərin imdadına çat,
Ay Cavid, nə lazım de, belə həyat
Gözünün yaşını silən olmasa.
Kəlbəcərimizin dəyərli ziyalısı Cavid Qənbər oğlu Qurbanov.