"Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-də Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycanın nəqliyyat, logistika və tranzit potensialını, eləcə də dəmir yolları şəbəkəsinin genişləndirilməsi və yenidənqurulması istiqamətində görülən işlərlə bağlı təqdimat edilib. Qonaqlar dəmir yollarının müxtəlif sahələrində aparılan irimiqyaslı layihələri əks etdirən videoçarxla tanış olublar.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkənin polad magistralında həyata keçirilən islahatlar, Qarabağda başlanılan quruculuq işləri çərçivəsində bərpa edilən dəmir yolu xətləri haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan geosiyasi mövqeyindən istifadə edərək, əsas nəqliyyat “hab”ına çevrilir.

Zaman Novruzov: Xalq-iqtidar birliyi ölkəmizin uğurlu inkişafını müəyyən edir



Nümayəndə heyətinin rəhbəri, Qazaxıstan Respublikasının Prezident Administrasiyası rəhbərinin müavini, Qazaxıstan Respublikası Prezidentinin beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Yerjan Kazıxan Azərbaycana səfərləri çərçivəsində müxtəlif mövzularda müzakirələrdə iştirak etdiklərini bildirib. Qonaq Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun gələcək inkişafı, bu dəhliz vasitəsilə daşımaların optimallaşdırılması, multimodal daşımaların çevik və sürətli həyat keçirilməsinin vacibliyini vurğulayıb. O deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çindən Qazaxıstan vasitəsilə Türkiyəyə və Avropaya, həmçinin əks istiqamətdə yüklərin çatdırılma müddətini və məsafəsini qısaltmağa imkan verir.

“Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev hər iki ölkənin nəqliyyat-tranzit imkanları, eləcə də dəmir yolları ilə yükdaşımaların müsbət dinamikasına diqqət çəkib.

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi yeni tranzit imkanlarına yol açır. Qazaxıstan bütün sahələrdə olduğu kimi nəqliyyat sektorunda da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Görüş iştirakçıları beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi və həmin dəhlizlər üzrə daşımaların həcminin, tranzit potensialının artırılması istiqamətində görülən işlər haqqında fikir mübadiləsi aparıblar. Görüşdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələri müxtəlif mövzular ətrafında müzakirələr ediblər.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti