Sabirabadda yol tikintisinə 15,1 milyon ayrılıb. Prezident İlham Əliyev Sabirabad rayonunun Dadaşbəyli–Çöl Ağaməmmədli–Xankeçən–Salmanlı avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, 22 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 15,1 milyon manat vəsait ayrılıb.