"SAZ AŞİQİ” Aşıq Şəmşir -125.
Yasamal rayon Heydər Əliyev Mərkəzində AşıqŞəmşirin anadan olmasının 125 illiyinə həsrolunmuş tədbir keçirildi
Sentyabrın 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan aşıq sənətinin böyük nümayəndəsi Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuş “Saz aşıqı” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova açdı. O, çıxışında qeyd etdi ki, tədbirin Yasamal rayonunda yerləşdiyi Heydər Əliyev Mərkəzində keçirilməsi Aşıq Şəmşirin xatirəsininbir daha əbədiləşdirilməsidir. T.Muradova son aylar Yasamal rayonunda böyük quruculuq işlərinin aparılması, rayonun günü-gündən abadlaşdırması haqqında tədbir iştirakçılarına məlumat verdi.
Sonra söz Yasamal rayon MKS-inin direktoru, “İnformasiya hamı üçün” YUNESKO ProqramınınAzərbaycan Komitəsinin sədri Lətifə Məmmədovaya verildi. Bütün qonaqları salamlayaraq o, Dədə Şəmşirin doğma Kəlbəcərindən, yazdığı əsərlərdən, gözəl ifalarından söhbət açdı və qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədi ilə Aşıq Şəmşirə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Aşıq Şəmşir Mədəniyyət Ocağının sədr müavini Həbib Misirov məlumat verdi ki, İctimai birlik tərəfindən 800 layihə həyata keçirilib. Aşıq Şəmşirin 125 illik yubileyinin YUNESKO-da qeyd olunması barədə məlumat verdi. O, qeyd etdi ki, aşıq sənətinin dünyanın qeyri maddi-mədəni irs siyahısına salınmasında Birinci vitse-prezidentin Mehriban Əliyevanın böyük xidmətləri var. Daha sonra o, aşığın böyüyüb boya-başa çatdığı kənddən söhbət açaraq, tədbir iştirakçılarına maraqlı məlumatlar verdi. Və yaxın vaxtlarda Səbail rayonunda Aşıq Şəmşirin ev-muzeyininaçılacağını bildirdi.
Azərbaycan Milli Konservatoriyasının tələbəsi,Beynəlxalq müsabiqələr laureatı İslam Qasımovun canlı ifasında Müslüm Maqomayevin“Azərbaycan” mahnısı səsləndi.
Tədbirdə Aşıq Ədalət Dəlidağlının ifasında “Ruhani” və “Orta sarıtel”, aşıq Əli Pənahoğlunun ifasında isə “Ağır şərili” havaları səsləndirildi. 
Suraxanı rayon 84 №-li məktəbin şagirdi Sadıq Nəbili şeir söylədi. 
Tədbir iştirakçılarına Aşıq Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuş 2 videoçarx nümayiş etdirildi. Videoçarxlarla https://youtu.be/dGWBtxNsffE
https://www.youtube.com/watch?v=klyvomvmvHM&t=68slinklərində tanış olmaq olar.
Tədbirə dəvət olunanlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin muzeyini ziyarət etdilər.

Həbib Misirov adlı şəxsin şəkli.
Həbib Misirov adlı şəxsin şəkli.
Həbib Misirov adlı şəxsin şəkli.
Həbib Misirov adlı şəxsin şəkli.
Həbib Misirov adlı şəxsin şəkli.
 
 
11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti