Prezident yol tikintisinə 9,4 milyon pul ayırıb. Prezident İlham Əliyev Oğuz rayonunun Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, 4 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 9,4 milyon manat ayrılıb.