|
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Çexiya Respublikasının sənaye və ticarət naziri Marta Novakovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanın nəqliyyat-logistika imkanları, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib.
Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Çexiya Respublikasının sənaye və ticarət naziri Marta Novakova çıxış edərək Azərbaycanın beynəlxalq və regional layihələrin reallaşması prosesindəki fəaliyyətini yüksək qiymətləndirib, ikitərəfli əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə həmçinin Çexiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Milan Ekert iştirak edib.