Köçəryan haqqında kifayət qədər qalmaqallı istintaq və məhkəmə prosesi baş tuta bilər.

 

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Ermənistanda Köçəryanla bağlı irəli sürülən iddiaların kifayət qədər əsaslı olduğunu vurğulayıb:

“Bunlardan birincisi 2008-ci il 1 martda Serj Səkisyanın prezident seçilməsinə etiraz edən İrəvan əhalisinin nəinki Ermənistanın xüsusi təyinatlıları, hətta Rusiyadan çağırılmış “Alfa” qrupunun köməyi ilə gülləbaran edilməsidir. Rəsmi qaynaqlarda 11 nəfər göstərilsə də, mitinqlərdə 31 nəfərin həlak olduğu, 300-ə qədər adamın ağır xəsarətlər aldığı iddia edilir. Ermənistan Xüsusi İstintaq Komitəsi bununla yanaşı, həmin dövrdə mitinqçilərə qarşı güc tətbiq edilməsinə ehtiyacın olub-olmamasını, hər iki halda bu əmrin kim tərəfindən verilməsini, ikinci bir ölkənin prosesə qoşulması məsələlərini də ortaya çıxaracaq. Təbii ki, burada söhbət ilk növbədə Rusiyadan gedir. Ümumiyyətlə, mitinqlərdə xəsarət alanlara qarşı dövlət tərəfindən yardımın edilib-edilməməsi də müəyyən ediləcək. Fikrimcə, həmin dövrdə insanlara qarşı münasibət kifayət qədər qəddar olub”.

Politoloq qeyd edib ki, 1 mart 2008 və 27 oktyabr 1999-cu il parlament teraktını törədənlərin Köçəryan tərəfindən təlimatlandırılması faktı təsdiq olunarsa, bu, onun sonu olacaq:

“Köçəryanın cinayətləri həddindən artıq çoxdur. Onun rüşvət və korrupsiya ilə bağlı əməlləri həm Ermənistan xalqına, həm də dövlət orqanlarına məlumdur. Köçəryan haqqında kifayət qədər qalmaqallı istintaq və məhkəmə prosesi baş tuta, onun toxunulmazlıq hüququ parlament tərəfindən qaldırıla və nəticədə o, həbs edilə bilər. Azərbaycana qarşı ağır cinayətlər törətmiş şəxsin həbsinin gerçəkləşməsi böyük bir hadisə olsa da, onun xalqımıza qarşı törətdiyi cinayətlərin istintaqa cəlb edilməməsi erməni şovinizminin əyani sübutudur”.

Qeyd edək ki, bir müddət öncə erməni mətbuatı Ermənistanın eks-prezidenti Robert Köçəryanın 25 iyulda Xüsusi İstintaq Komitəsinə çağırılacağı və burada “1 mart qırğını” cinayət işi üzrə şahid kimi dindiriləcəyi haqqında məlumat yayıb.

Köçəryan isə Ermənistanda 1 mart hadisələri zamanı tətbiq edilən zorakılıq haqqında əmrin prezident yox, müdafiə naziri tərəfindən verildiyini bildirib.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti