Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 
Cavid Qurbanovdan,

Möhtərəm cənab Prezident.

Zati-Alinizin dəmir iradə, sarsılmaz qətiyyət və müdrik sərkərdəliyi ilə Azərbaycan xalqının qəhrəmanlıq və şərəf salnaməsinə Zəfər Günü həkk olundu.
Sizin Müzəffər Ali Baş Komandan kimi apardığınız 44 günlük Vətən müharibəsinin nəticəsi təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də Azərbaycan xalqının qürurunun özünə qaytarılması olmuşdur. Bu tarixi nailiyyətinizlə – bir liderin öz xalqına verə biləcəyi ən böyük töhfəni verməklə – Siz keçmiş, indiki və gələcək nəsillər qarşısında misilsiz xidmətə imza atmısınız.
Sizin sayənizdə qəhrəman Ordumuzun rəşadəti ilə dünya qalib Azərbaycan xalqının mətanətinin və şücaətinin şahidi olmuşdur. Rəhbərliyiniz ilə düşmən üzərində şanlı Qələbə çalan cəsarətli Ordumuz işğalçı qüvvələri məhv etməklə yanaşı, dünya hərb tarixində örnək olacaq yeniliklərə imza atmışdır. Ulu Öndərimizin vəsiyyətinin yerinə yetirilməsi, Azərbaycan dövlətinin qüdrətlənməsi, məğlubedilməz ordu qurulması və vətənpərvər gənclərin yetişdirilməsi üçün illər uzunu çəkilən fədakar zəhmətin məntiqi sonluğu məhz möhtəşəm Zəfər ola bilərdi.
Sizin dəmir yumruqla qazandığınız Vətən müharibəsi Zəfəri təkcə Azərbaycan torpaqlarını cinayətkarlardan təmizləmədi, bu Zəfər həm də dövlətçilik tariximizdən və düşüncəmizdən məğlubiyyət ləkəsini, onun qəlbimizdə daşıdığımız dəhşətli ağrı-acısını təmizlədi.
Sizin çoxşaxəli siyasətiniz, müdrik uzaqgörənliyiniz nəticəsində bu gün Azərbaycan beynəlxalq miqyasda söz sahibidir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda heç bir kənar dəstək olmadan misli görünməmiş sürətlə həyata keçirdiyiniz bərpa-quruculuq işləri əzəli torpaqlarımıza qayıdışımızı günbəgün yaxınlaşdırmaqla yanaşı, bütün dünyaya Azərbaycanın iqtisadi gücünü, potensialını, Zati-alinizin möhkəm iradəsini, yüksək idarəçilik məharətini və qurub-yaratmaq əzmini nümayiş etdirir.
Azərbaycan Respublikasının hər bir vətəndaşı, bütün dünya azərbaycanlıları Sizin nəyi və nə zaman etməli olduğunuza inanır və güvənir. Bunun nəticəsidir ki, avqustun 3-də Sizin rəhbərliyinizlə qalib Ordumuzun həyata keçirdiyi “Qisas” əməliyyatı böyük uğurla nəticələndi. Öz imzasına və sözünə əməl etməyən Ermənistan hakimiyyəti və onun quldur dəstələri cəzalandırıldı. Buzdux zirvəsinin azad olunması ilə nəticələnən bu əməliyyat biz kəlbəcərlilərin daha böyük sevincinə, mənim ulu babalarımın da yaşadığı Ağdaban və Çayqovuşan kəndlərinin və ətraf ərazilərin ordumuzun nəzarətinə keçməsinə səbəb oldu. Buzdux zirvəsinin hansı əhəmiyyətə malik olduğunu çox adam bilməsə də mən çox yaxşı bilirəm. Siz tarixi torpaqlarımızın hər qarışı uğrunda mübarizə aparırsınız, insanlarımızı sevindirir, ailələrə xoşbəxtlik gətirirsiniz. Bu gün ölkəmizin müxtəlif yaşayış məntəqələrində məskunlaşan Ağdaban əhalisi böyük sevinc və fərəh içindədir. Əminlik və qətiyyətlə demək olar ki, Sizin komandanlığınızla şanlı qələbə qazanan qüdrətli Azərbaycan indi ən güclü, ən şərəfli və ən məğrur dövrünü yaşamaqdadır.
Möhtərəm cənab Prezident, bu sevinci və iftixarı bizə bəxş etdiyiniz, Ağdabanlı şair Qurbanın, Dədə Şəmşirin, Ağdaban faciəsində həyatını itirən günahsız qurbanların, o torpaqlara qovuşmaq həsrəti ilə dünyadan köçən bütün insanlarımızın ruhların şad etdiyiniz üçün Sizə Kəlbəcər ictimaiyyəti adından, 84 yaşlı ağbirçək anamın, bu nəslin torpaqlarımızın azadlığı uğrunda qurban verdiyi on üç şəhidin, o cümlədən yaxın qohumum olan iki Milli Qəhrəmanın ailələri və Aşıq Şəmşir nəsili adından dərin hörmət, ehtiram, sevgi və məhəbbətimi bildirirəm.
Siz hər bir azərbaycanlının dayağı, iftixarı və qürur mənbəyisiniz. Azərbaycanımızı işıqlı gələcəyə, qələbələrə, bəxtiyarlı günlərə apardığınız bu şərəfli yolda Uca Allah Sizi, Mehriban xanım Əliyevanı və Azərbaycanımızı qorusun. Sizin rəhbərliyiniz altında işləmək, Vətənimizə, xalqımıza xidmət etmək böyük şərəfdir. Böyük Allah Sizi, dövlətimizi, xalqımızı, ailənizi qorusun. Uca Tanrı daim Sizə yar olsun.
Dərin hörmət və ehtiramla,
Cavid Qurbanov
Ağdaban sakini, “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri.
11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti