|
"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov avqust ayının 19-da Qax rayonunda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, müraciət edənləri qəbul etdikdən sonra Qax rayonu “13 №-li Yol İstismarı” MMC-nin Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşları ilə görüşüb.
Görüşdə İdarə Heyətinin sədri Saleh Məmmədov onların qayğıları və problemləri ilə maraqlanıb.
Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Qələbəsi ilə nəticələnən Vətən müharibəsində Qax rayonu “13 №-li Yol İstismarı” MMC-nin 3 əməkdaşı iştirak edib. Çilingər vəzifəsində çalışan Kazım Kazımov “Suqovuşanın azad olunmasına görə, buldozerçi Şıxəmir Şıxəmirov ”Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə”, sürücü kimi çalışan Bəxtiyar Ziyadlı isə “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif ediliblər.
Ümumilikdə Vətən müharibəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Aparatı və tabeli qurumlarında çalışan hərbi vəzifəlilərdən 182 nəfər iştirak edib.