|
“Ölkəmizdə yol tikintisi geniş vüsət alıb. Bu il Dövlət İnvestisiya Proqramında ən azı 600 kəndin yolunun əsaslı təmir olunması nəzərdə tutulub. O cümlədən magistral yolların salınması, onların ən yüksək standartlara çatdırılması prosesi də gedir”.
Bu sözləri prezident İlham Əliyev sentyabrın 18-də Biləsuvara səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.
“Bu, çox gözəl yoldur. Deyə bilərəm ki, dünyanın ən yüksək standartlarına cavab verir, çox rahat, təhlükəsiz bir yoldur. Onu da qeyd etməliyəm ki, bu yol Bakıdan Astaraya olan məsafəni 40 kilometr qısaldır, çünki yolun məcrası dəyişib. Beləliklə, vətəndaşlar daha rahat gedib-gələ biləcəklər”, - deyə prezident İlham Əliyev bildirib.