"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində “Çağrı Mərkəzi”nin yenidən təşkili və "QR kod"un tətbiqi ilə bağlı təqdimatı keçirilib.

Təqdimatı giriş nitqi ilə açan Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov ölkə Prezidentinin tapşırığı ilə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində də qabaqcıl islahatlar aparılmaqla müvafiq sahənin təkmilləşdirilməsi, müasirləşdirilməsi, vətəndaşlara daha keyfiyyətli xidmətlərin göstərilməsi ilə bağlı ardıcıl və yeni tədbirlərin həyata keçirildiyini bildirib. 

İdarə Heyətinin sədri Saleh Məmmədov qeyd edib ki, Agentlikdə yarandığı ilk gündən beynəlxalq standartlara uyğun olaraq yol infrastrukturunun yenidən qurulması istiqamətində yeniliklər tətbiq edilir, bu istəqamətdə müasir texnologiyaların imkanlarından geniş istifadə edilir. 

Bununla yanaşı ölkədə aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında də işlər davam etdirilir.

2022-ci il ərzində idarəetmənin təkmilləşdirilməsi istiqamətində Agentliyin fəaliyyətinin daha çevik və məqsədyönlü həyata keçirilməsi, şəffaflığın təmin edilməsi üçün yeni informasiya texnologiyaların idarəetməyə tətbiqinin genişləndirilməsi, elektronlaşma sahəsində islahatların aparılması, həmçinin agentlik əməkdaşlarının peşəkarlıq səviyyəsinin yoxlanılması istiqamətdə böyük işlər görülüb və davam etdirilməkdədir.

 Bura agentlikdə müasir metodlarla işçilər arasında keçirilmiş attestasiya, Daxili İntizam və Əməkdaşların Etik Davranış Qaydalarıİşə Qəbul Qaydalarının təsdiqiElektron İnformasiya Sistemi AYİS-in yaradılması daxildir.

İdarəetmənin təkmilləşdirilməsi istiqamətində daha bir yenilik Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən “Çağrı Mərkəzi”nin (0125997975) yenidən təşkili, iş fəaliyyəti sisteminin qurulması və müasir avadanlıqlarla təchiz edilməsidir.

Agentlikdə mövcud “Qaynar Xətt”in fəaliyyəti tələblərə cavab vermirdi. Bu üzdən işinin təkmilləşdirilməsinə və vətəndaş məmnuniyyətinin təmin olunması üçün göstərilən xidmətin qəbul olunmuş ümumi qaydalar əsasında daha yüksək səviyyədə həyata keçirilməsinə zərurət yaranmışdı.

Daha bir yenilik "QR kod"un yaradılması və tətbiqi ilə bağlıdır. "QR kod"un agentliyin ölkə ərazisində yerləşdirilən məlumatverici və  təmir işləri icra olunan ərazilərdə yerləşdirilmiş lövhələrdə, agentliyin rəsmi blank, həmçinin rəsmi sayt və sosial şəbəkə hesablarında paylaşılan məlumatlarında, agentliyə məxsus texnikaların üzərində yerləşdirilməsi planlaşdırılır

"QR kod" məlumatlılığın artması və əlçatanlığın daha asan olmasında böyük rol oynayacaq, həmçinin Agentlik haqqında daha ətraflı məlumatın qarşı tərəfə ötürülməsini tez və asan təmin edəcək.

Tədbirin sonunda “Çağrı mərkəzi”nin fəaliyyətinin tənzimlənməsi qaydalarını, həmçinin Agentliyin "QR kod"un yaradılmasını özündə əks etdirən video təqdimat nümayiş olunub.

 

gr
gr
gr
gr
gr
gr
gr
gr
gr

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti