|
Gəncədə baş verənlər bizi narahat edir.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Adil Əliyev qeyd edib. O bildirib ki, bu gün Azərbaycan dövlətini çökdürmək üçün bu cür xain qüvvələr ortaya çıxarılır və istifadə olunur:
“Onların nə milləti, nə də dini var. Onları bir maraq birləşdirir: Dövlətçiliyə qarşı çıxmaq və xain planı icra etmək. Neçə gündür ki, sosial şəbəkələrdə Gəncə insanını təxribata çəkmək üçün təbliğat aparılırdı. Hay-küylü təbliğat puç oldu. Gəncə insanı onlara dəstək vermədi. Gəncəlilər həmişə dövlətçiliyin yanında olublar”.
Millət vəkili bildirib ki, Gəncə tarixi bir diyarımızdır:
“Azərbaycan Xalq Cümhuriyyəti öz tarixi mövqeylərini bərpa etmək üçün Gəncədən başladı. Çünki Gəncə həmişə milli məfkurənin, milli ideologiyanın mərkəzi olub. Şeyx Nizaminin, Cavad xanın və başqa qəhrəmanların yurdu olan Gəncədə radikal qüvvələrə yer yoxdur və onların sosial baza qazanması mümkün deyil. Bunu dünənki hadisələr bir daha təsdiqlədi. Həlak olan polislərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyirəm”.