|
BMT-də bir daha Rusiyanın beynəlxalq təcridə məruz qaldığı nümayiş etdirildi.
Axar.az xəbər verir ki, bunu “İnnovasiyalar. İnvestisiyalar. Xarkov təşəbbüsləri” iqtisadi forumunda çıxışı zamanı Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
“Rusiya əvvəlki kimi beynəlxalq aləm tərəfindən təcrid edilib. Bu özünü BMT-də də göstərdi. Ukrayna bir sıra ölkələrin liderləri üçün prioritetlərdən biri idi”, – deyə o bildirib.