|
Bu gün keçirilməsi nəzərdə tutulan arıçılıq məhsullarının sərgi-satış yarmarkası təxirə salınıb.
Axar.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, bal yarmarkasının açılış mərasiminin təxirə salınmasına səbəb hava şəraitinin kəskin dəyişməsidir.
Qeyd edək ki, bal yarmarkasının Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçirilməsi nəzərdə tutulmuşdu.