Yol-xeber.az" xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrinin gedişatı ilə yerindəcə tanış olmaq məqsədilə Şuşa, Xocalı, Ağdərə və Ağdam rayonlarında olub.

Qış fəsli və çətin relyefli ərazilər olmasına baxmayaraq dövlət başçısının tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası fasilə verilmədən davam etdirilir. Bunun üçün ərazilərə kifayət qədər texnika və canlı qüvvə səfərbər olunub.

Səfər çərçivəsində Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yenidən qurulan və ümumi uzunluğu 41 km olan Şuşa-Laçın avtomobil yoluna baxış keçirib. 

Hazırda Şuşa-Laçın avtomobil yolunda köhnə asfalt-beton örtüyün sökülməsi, yararsız qruntun qazılaraq kənarlaşdırılması, əvəzinə yararlı qruntun tökülməsi ilə torpaq işləri icra olunur. Avtomobil yolu II texniki dərəcəyə uyğun yenidən qurulur.

Daha sonra İdarə Heyətinin sədri Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu km-dən ayrılan və 35.5 km uzunluğa malik Ağdərə-Ağdam, həmçinin Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən və uzunluğu 18 km olan avtomobil yollarında aparılan tikinti işlərinin yerinə yetirilməsi ilə tanış olub. 

Qeyd edək ki, hər iki avtomobil yolu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə II texniki dərəcəyə uyğun müasir səviyyədə yenidən qurulacaq. 

Layihələrin icra vəziyyəti ilə yerindəcə tanış olan Agentliyin İdarə Heyətinin sədrinə məlumat verildi ki, yollar boyu köhnə örtüyün söküntüsü, yararsız qruntun qazılaraq kənarlaşdırılması işləri tərtib olunmuş qrafikə uyğun şəkildə yüksək səviyyədə icra olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov sadalanan avtomobil yollarına baxış zamanı yol infrastrukturu layihələrinin “İnşaat Norma və Qaydaları”na uyğun vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib. 

Xatırladaq ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz tərəfindən 2023-cü ilin sentyabr ayının 19 və 20-də keçirilən antiterror əməliyyatı nəticəsində ölkəmizin bütün ərazisində suverenliyimizin bərpa edilməsi ilə sözügedən avtomobil yollarının yenidən qurulmasına başlanıldı.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 Xocalı, Şuşa, Ağdərə və Ağdam rayonlarında icra edilən yol layihələrinə baxış keçirilib VİDEO/FOTO

21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib
20 Yanvar 2025 AAYDA-nın kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
20 Yanvar 2025 20 Yanvar: Metropolitençi Şəhidlərin Əziz Xatirəsinə Hörmət

Xəbər lenti