Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 69-cu iclası keçirilib.
 
Moderator.az xəbər verir ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. İclasda aşağıdakı məsələlər müzakirə olunub: Şuranın 68-ci iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin 2018-ci ilin doqquz ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları haqqında; 2018-ci ilin doqquz ayı ərzində beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri haqqında; 2018-2019-cu illər üçün beynəlxalq istiqamətdə qatarların hərəkət cədvəlinin tərtibi, yük qatarlarının və konteynerli vaqonların tərtib edilməsi planı haqqında; 2018-ci ilin may ayında yük qatarlarının siyahıyaalınmasının nəticələri və 2018-ci ilin sentyabr ayında konteynerlərin siyahıyaalınmasının ilkin nəticələri haqqında; 2018-ci ilin səkkiz ayı ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar haqqında; 2019-cu fraxt ili üçün beynəlxalq istiqamətdə yüklərin daşınması üçün dəmir yollarının tarif siyasəti haqqında; Dəmir yolu administrasiyalarının elmi-tədqiqat və praktiki-layihələndirmə işləri planı haqqında; 2019-cu il üçün dəmir yolu nəqliyyatı şurası müdiriyyətinin fəaliyyətinin təmin edilməsinə dair xərclər smetası haqqında; “Rusiya Dəmir Yolları” ASC-nin filialı olan Baş hesablama mərkəzinin xərclərinin əvəz edilməsi də daxil olmaqla, dəmir yolu administrasiyalarının Məlumat-Hesablama Mərkəzlərinin fəaliyyətinin təmin edilməsinə dair 2019-cu il üçün xərclər smetası haqqında; 2019-cu ildə “Fəxri dəmiryolçu” döş nişanının paylaşdırılması haqqında və Şuranın 70-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında.
 
Tədbir çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Rusiya Dəmir Yolları” ASC-nin yaranmasının 15 illiyi ilə əlaqədar yubiley xatirə medalı ilə təltif olunub. Xatirə medalını "Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov təqdim edib. İclasın sonunda yekun protokolu imzalanıb.
 
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.
 
11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti