Azərbaycan dövləti çoxşaxəli, balanslaşdırılmış xarici siyasət kursu həyata keçirərək beynəlxalq aləmə uğurla inteqrasiya olunub, region və dünya ölkələri ilə səmimi, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələr qurub.

Güclü potensialımız bizə imkan verir ki, beynəlxalq arenada tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürüdək. Azərbaycan regionun aparıcı ölkəsi olmaqla yanaşı, dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir, qlobal məsələlərin həllinə cəlb olunur.

Axar.az xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 69-cu kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2015-ci il mayın 22-də “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı “The Business Year” jurnalına müsahibəsində söyləyib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 69-cu kitabındakı materiallar 2015-ci ilin mayından iyul ayınadək olan dövrü əhatə edir.

Bu kitabın əsas materialları Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunları ərəfəsində və yarış günlərində dövlətimizin başçısının iştirakı ilə keçirilən mühüm tədbirlərə dair informasiyalardan ibarətdir. Belə ki, kitabda Prezident İlham Əliyevin birinci Avropa Oyunlarının atletlər və media kəndlərinin, avtobus deposu və təlim mərkəzinin açılış mərasimlərində iştirakına, Avropa Oyunları parkının qarşısında, Oyunların Əməliyyat Komitəsinin baş ofisində, idmanın bir neçə növü üzrə yarışların keçiriləcəyi “Baku Crystal Hall”da, Tofiq Bəhramov adına Respublika stadionunda yaradılan şəraitlə tanışlığına dair materiallar toplanıb, Avropa Oyunları ilə bağlı tədbirlərdə çıxış və nitqləri yer alıb.

Nəşrdə dövlətimizin başçısının “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində Dövlət Bayrağı Meydanı ərazisində Heydər Əliyev Fondunun layihələri olan yeni mədəniyyət obyektlərinin - “Daş salnamə” muzeyinin, “XX-XXI əsr Azərbaycan rəngkarlığı” ekspozisiyasının, habelə “Azərbaycan Evi”nin açılışlarında iştirakına, YARAT Müasir İncəsənət Mərkəzinin ilk daimi məkanı ilə tanışlığına dair materiallarla da tanış olmaq mümkündür.

Kitaba, həmçinin Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün müxtəlif ölkələrin Bakıya gəlmiş dövlət və hökumət başçıları ilə Prezident İlham Əliyevin keçirdiyi görüşlərə, apardığı danışıqlara dair informasiyalar daxil olunub.

Azərbaycan Prezidentinin İtaliya Respublikasına işgüzar səfəri zamanı “Milan Ekspo 2015” sərgisində nitqi, İtaliya Prezidenti və Baş naziri ilə görüşlərinə dair materiallar da bu kitabda yer alıb.

Oxucu 69-cu kitabda dövlətimizin başçısının, həmçinin XXII Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin açılışı mərasimində, Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqlərinin mətnləri ilə tanış ola bilər.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də verilib.

“Azərnəşr” tərəfindən buraxılan 69-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azərtac) materiallarından istifadə olunub.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti