“Bizim gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, həyatda özlərinə layiqli yer tutsunlar və eyni zamanda, ölkəmizin ümumi inkişafına da töhfələrini versinlər. Bilikli, savadlı cəmiyyətdə heç bir xoşagəlməz təsirin əhəmiyyəti olmayacaqdır. Çünki biz görürük ki, bu gün dünyada bəzi hallarda ideoloji müharibələr gedir, əsasən də gənclərlə bağlı xüsusi proqramlar icra edilir. Qloballaşma adı ilə müxtəlif ölkələrdə müəyyən tədbirlər görülür. Nəticə etibarilə bu, ölkələrdə problemlərə gətirib çıxarır. Biz çalışmalıyıq ki, Azərbaycanın dayanıqlı, uğurlu inkişafını əbədi edək. Çünki biz bu gün dünyada inkişafla bağlı öz modelimizi ortaya qoymuşuq. Bu gün dünyada Azərbaycanın inkişaf modeli haqqında danışılır. Bu modelin əsasında bizim müstəqilliyimiz, milli dəyərlərimiz, vətənpərvərliyimiz və müstəqil siyasətimiz dayanır”.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 70-ci kitabında yer alan bu fikirləri dövlət başçısı 2015-ci il sentyabrın 15-də Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan 148 saylı tam orta məktəbin açılışı mərasimində söyləyib.

Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 70-ci kitabındakı materiallar 2015-ci ilin iyulundan oktyabr ayınadək olan dövrü əhatə edir.

Nəşrdə İlham Əliyevin Azərbaycana səfərə gəlmiş Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla, Çex Respublikasının Prezidenti Miloş Zemanla keçirdiyi görüşlərə, birgə mətbuat konfranslarında bəyanatlarla çıxışlarına, dövlətimizin başçısının Azərbaycan-Çex biznes-forumunda çıxışına, habelə Azərbaycan-Çex arasında sənədlərin imzalanmasına dair informasiyalar toplanıb.

Kitabda prezidentin Qazaxıstan Respublikasına işgüzar səfərləri çərçivəsində Qazax xanlığının 550 illik yubileyi münasibətilə Astanada keçirilən təntənəli mərasimdə iştirakı, Qazaxıstan Prezidenti ilə görüşü barədə materiallar, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində, Akmola vilayətinin Burabay qəsəbəsində MDB Dövlət Başçıları Şurasının iclasında çıxışlarının mətnləri də yer alıb.

İ.Əliyevin Rusiya, Türkiyə, Serbiya, Türkmənistan, Macarıstan və digər dövlətlərin, Beynəlxalq Miqrasiya Təşkilatının, Dünya Gömrük Təşkilatının, Avropa İttifaqının ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsini, Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 18-ci iclasının iştirakçıları ilə görüşünü əks etdirən materiallarla bu kitabda tanış olmaq mümkündür.

Nəşrdə prezidentin IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə yaradılmış Təşkilat Komitəsinin birinci iclasında çıxışının mətni, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri ilə görüş və danışıqlarına dair informasiyalar da toplanıb.

Kitaba ölkə rəhbərinin iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışının, Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqlərinin mətnləri daxil edilib.

Oxucu bu cilddə İlham Əliyevin Siyəzən-Məşrif avtomobil yolunun, Şabran rayonunda beynəlxalq müalicə və istirahət kompleksinin, Cəlilabad, Xızı, Siyəzən, Kürdəmir, Ağsu, Ucar, Göyçay rayonlarına səfərləri zamanı nəqliyyat və sosial infrastruktur, habelə mədəniyyət obyektlərinin, Gənclər mərkəzlərinin açılışlarında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşləri, Bakının küçələrində abadlıq və yenidənqurma, təhsil müəssisələrində təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanışlığı, Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı yenidənqurmadan sonra açılışı mərasimində iştirakı barədə materiallarla da tanış ola bilər.

Nəşrə dövlət başçısının Dərbənd şəhərinin 2000 illiyinə həsr edilmiş təntənəli tədbirin və Dünya Tarixçilərinin VIII Beynəlxalq Atatürk Konfransının iştirakçılarına təbrik məktubları və digər məktublar daxil edilib.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də verilib.

“Azərnəşr” tərəfindən buraxılan 70-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin materiallarından istifadə olunub.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti