Asayişin keşiyində dayanan polis əməkdaşlarının qətlə yetirilməsi insanlığa siğmayan qanlı cinayətdir.

Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışan qaragüruhçu qüvvələr növbəti dəfə məkrli niyyətlərini göstərdilər. Belə təxribatlar xalqımızı qorxuda bilməz. Əksinə, xalqımız daha güclü siyasi iradə nümayiş etdirərək dövlətin və dövlətçiliyin müdafiəsinə qalxdı. Bu hadisələri törədənlər, onların havadarları tezliklə məsuliyyətə cəlb olunacaq, qanun və xalq qarşısında cavab verəcəklər.

Axar.az xəbər verir ki, bu fikirləri Gəncədə törədilən cinayətlə bağlı Azərtac-a açıqlamasında Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli deyib.

D.Rəhimli bildirib ki, hər bir dövlətin sütunlarından biri də asayişin təmin olunması, dövlətin və dövlətçiliyin möhkəm zəmində dayanmasıdır. Azərbaycan polisinin ölkəmizdə ictimai-siyasi sabitliyin təmin olunmasında mühüm rolu var. Yüz illik tarixə malik Azərbaycan polisi həmişə Vətənə sədaqətlə xidmət edib, asayişin keşiyində mətanətlə dayanıb. Müstəqilliyin əvvəllərində respublikamızda hökm sürən xaos və hərc-mərcliyin aradan qaldırılmasında, eləcə də ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində Azərbaycan polisi daim ön sıralarda olub, yüzlərlə polis əməkdaşı şəhid olub və yaralanıb. Azərbaycan polisi indi də öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir.

Prezident İlham Əliyevin yürütdüyü müdrik və qətiyyətli siyasət nəticəsində Azərbaycanın dünyada qabaqcıl ölkələr arasında özünə layiqli yer tutduğunu deyən D.Rəhimli bildirib ki, bu uğurlar Azərbaycanı istəməyən dairələri ciddi narahat edir. Azərbaycanın uğurlarını və inkişafını həzm edə bilməyən xarici qüvvələr fürsət düşdükcə öz çirkin məqsədlərini həyata keçirməyə çalışırlar. Azərbaycan 27 illik müstəqillik tarixində bir neçə dəfə belə hadisələrin və təxribatların şahidi olub. Ölkəmizdə ictimai-siyasi sabitliyin pozulması üçün növbəti cəhd Gəncədə hakimiyyət nümayəndəsinə və polislərə qarşı törədilən terror aktları, dini çağırışlar səsləndirən bir qrup şəxs tərəfindən törədilən iğtişaşlar oldu. Bu Vətənə, doğma xalqına qarşı törədilən ən ağır cinayətdir.

“Həmin qüvvələr və onların xaricdəki havadarları yaddan çıxarmamalıdırlar ki, Azərbaycan xalqı belə məqamlarda dövlətçiliyimizin keşiyində durmaq üçün yüksək həmrəylik göstərir. Xalqımız növbəti dəfə liderinin ətrafında sıx birləşərək, həmrəylik nümayiş etdirdi, məkrli qüvvələrin çirkin cəhdlərini puça çıxardı. Azərbaycanda xalq-iqtidar birliyinin sarsılmazlığı növbəti dəfə nümayiş etdirildi. Son hadisələr bir daha sübut etdi ki, dövlət və dövlətçiliyin qorunması ən yüksək səviyyədə təmin olunur. Xalqına, dövlətinə xəyanət edənlər isə ədalət mühakiməsi qarşısında cavab verəcək, layiq olduqları cəzaları alacaqlar”, - deyə D.Rəhimli qeyd edib.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti