Son zamanlar paytaxt sakinlərini , ümumiyyətlə ictimaiyyəti narahat edən bir məsələ gündəmdədir. Sahibsiz itlərin insanlara , xüsusən azyaşlılara  hücumu , onlara vurduğu ziyan ən çox danışılan , müzakirə olunan məsələlərdəndir. Lakin danışmağın nə faydası , ortada əməli iş yoxsa?

Doğrudur , son zamanlar ölkə rəhbərliyi , o cümlədən vitse prezident Mehriban xanım Əliyeva , Leyla xanım Əliyevanın gördüyü işlər göz önündədir. Sahibsiz itlərə qarşı qəddarlığa , onların öldürülməsinə son qoyulması , onların sığınacaqlarda yerləşdirilməsi olduqca təqdirəlayiqdir. 
 b_500_300_16777215_10_images_xeber_sekilleri_31oktyabr2017_yuqra.pngLakin bu heç də məsələni kökündən həll etmir , günü- gündən sahibsiz itlərin sayı artmaqda , bu isə təhlükəni daha da artırmaqdadır. İnsanlar  sahibsiz itlərin hücumuna paytaxtımızn  bütün rayonlarında , Xəzər , Qaradağ , Səbayıl , Nərimanov ,  Sabunçu , Binəqədi  rayonunun demək olar ki hər küşəsində , hər tinində məruz qalırlar . Statistik məlumatlar da problemin dəhşətli vəziyyətindən yetərincə xəbər verir. Belə ki ,  ötən il  qədər 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib ki, onlardan da 13 mini it dişləməsi olub. Təkcə 2018 – ci iln 2 ayı ərzində 925 it dişləməsi faktı qeydə alınmışdır.  Hələ onların hansı virusları , hansı xəstəlikləri daşıdıqlarını , hadisə zamanı insanların keçirdiyi stresləri hansı hesaba yazmaq olar!?

 Bu sahədə bir sıra qeyri- hökümət təşkilatları , o cümlədən “ Heyvansevərlər cəmiyyəti “   fəaliyyət göstərir. Onların bu məsələni əsaslı sürətdə həll etməyə ya gücləri çatmır , ya da istəmirlər. Bəlkə bu fikrə qarşı iradlarını bildirərlər. Lakin fakt faktlığında , təhlükə təhlükəliyində qalır.Vəziyyətlə bağlı  vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər olunmuş,  bütün aidiyyatı qurumlara müraciət edilmişdir. Lakin bu sahə ilə bağlı birbaşa səlahiyyətli və cavabdeh qurum olmağı üçün məsələ həllini tapmır. Əksinə daha kəskin vəziyyət yaranır.
b_500_300_16777215_10_images_xeber_sekilleri_31oktyabr2017_yuppi.jpg

Biz də heyvan düşməni deyilik. Bütün yaradılmışların yaşamaq haqqı var. Mümkün çərçivədə və dairədə.  Əgər “heyvansevərlər "bütün heyvanları küçələrdən yığışdıra bilmirlərsə , onları qida və sığınacaqla təmin etmək iqtidarında deyillərsə , o zaman adi vətəndaşlar , günahsız uşaqları əziyyət çəkməli , bu heyvanların qurbanına çevrilməlidirlər ?! Bəs insanlarımızn hüquqlarını kimlər müdafiə edəcək , onlara dəyən maddi-mənəvi , psixoloji zərərləri kimlər ödəyəcək ? Bu sahədə beynəlxalq təcrübədən , dünya dövlətlərinin təcrübəsindən istifadə etmək yerinə düşməzmi ?  Nəzərə çatdıraq ki , Avropa ölkələrində  dövlət qurumlarının göstərişlərinə əsasən burada sayı xeyli artan sahibsiz heyvanların  , o cümlədən canavarların və digər vəhşi heyvanların vurulması həyata keçirilir. 

Bütün bunlar haqqında təcili düşünmək və lazımi qərar vermək vaxtı çoxdan çatıb və hətta keçib də.

 Müşfiq Kişiyev

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti