|
Bakı-sərnişin-Keşlə mənzilinin cüt baş yolunda aparılan əsaslı təmir işləri ilə əlaqədar verilən “Texniki fasilə” başa çatıb.
Bununla əlaqədar olaraq, 03.11.2018-ci il tarixdən etibarən Bakı-Sumqayıt-Bakı elektrik qatarları 04.07.2018-ci il tarixdə təsdiq edilmiş hərəkət cədvəli üzrə hərəkət edəcəklər.
Qeyd edək ki, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6013, 6017, 6022, 6026 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq. Həmçinin hər şənbə, bazar və bayram günləri Sumqayıt stansiyasından saat 09:17-də yola düşən 6012 nömrəli elektrik qatarı saat 09:50-də yola düşəcək və Bakıya saat 10:32-də çatacaq. Sumqayıt stansiyasından saat 09:50–də yola düşən 6014 nömrəli elektrik qatarı isə saat 11:00-da yola düşəcək və Bakıya saat 11:42-də çatacaq.