|
Prezident İlham Əliyev Şükür Astanova Azərbaycan Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
“Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən, Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Şükür İsmayıl oğlu Astanova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, Ş.Astanov “Azəravtoyol” ASC-nin Regional Yol Təmiri İdarəsinin rəisi vəzifəsini daşıyır.