Noyabrın 16-da Bakı Konqres Mərkəzində Azərbaycan Gənclərinin VIII Forumu işə başlayıb.

 

Axar.az xəbər verir ki, forumda dövlət və hökumət rəsmiləri, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi - Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, ölkəmizin müxtəlif zonalarından Foruma nümayəndə seçilmiş gənclər, idmançılar, hərbçi gənclər iştirak edir.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Birinci vitse-prezidentin köməkçisi - Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Məktubda deyilir: "Hörmətli forum iştirakçıları, əziz gənclər. Sizi, Azərbaycan Gənclərinin VIII Forumunun nümayəndələrini səmimi qəlbdən salamlayır və ali toplantınızın işinə uğurlar arzu edirəm.

Gənclərin növbəti forumunun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz ildə “Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” şüarı altında keçirilməsi rəmzi məna daşıyır. İstər Xalq Cümhuriyyətinin mövcud olduğu, istərsə də ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə gənclərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verilib. Hazırda da gənclər siyasəti sosial siyasət kursumuzun və insan kapitalının inkişafı prosesinin əsas istiqamətlərindən biridir".

Dövlət başçısı qeyd edib ki, 1996-cı ildən Azərbaycan gənclərinə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirilməsi təşəbbüsü gəncləri daha fəal, daha məsuliyyətli və daha yetkin görmək istəyən ulu öndər Heydər Əliyevə məxsusdur:

"Ənənəvi olaraq keçirilən forum ulu öndərin tarixi qərarına əsaslanaraq gənclərin fikir mübadiləsi aparmaları, öz təklif və ideyalarını səsləndirmələri üçün platformanı təmin etməklə onların dövlət və cəmiyyətin həyatında fəal iştirakına şərait yaradır. İqtisadi və hərbi qüdrəti, siyasi nüfuzu regional və qlobal miqyasda davamlı olaraq artan respublikamızda ötən dövr ərzində gənclərin hərtərəfli inkişafını təmin edən və onların intellektual və innovativ yaradıcılıq potensialının reallaşmasına şərait yaradan ictimai təşəbbüsləri dəstəkləyən çoxsaylı tədbirlər həyata keçirilib".

Prezident bildirib ki, bu gün Azərbaycan gənci layiqli vətəndaş kimi cəmiyyət həyatının bütün sahələrində fəallıq göstərir, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artması, siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işinə əhəmiyyətli töhfə verir:

"Gənclər ölkəmizi beynəlxalq arenada da layiqincə təmsil edir, ictimai diplomatiyanın genişlənməsində, xarici həmyaşıdları ilə əlaqələrin qurulmasında səylərini əsirgəmir, Azərbaycanın milli mənafeyini yüksək tuturlar. Gənclər siyasəti üzrə I Qlobal Forumun Azərbaycanda keçirilməsi, gənclər sahəsində Bakı öhdəliklərinin qəbul edilməsi ölkəmizin gənclər siyasəti sahəsində uğurunu, yeni yanaşmaların və standartların tətbiqini əks etdirir. Son illərdə ardıcıllıqla qəbul edilmiş və hazırda da həyata keçirilməkdə olan Azərbaycan Gənclərinin İnkişaf Strategiyası, “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı gənclərin fərdi inkişafı və qərarların qəbulu prosesində iştirakının artırılması istiqamətində yeni imkanlar yaradır.

Əminəm ki, forum dövlət gənclər siyasətinin daha səmərəli icrası ilə bağlı geniş və hərtərəfli müzakirələr, parlaq və innovativ ideyalar məkanına çevriləcək, gəncləri yeni uğurlara ruhlandıracaq. Bir daha sizə və VIII Forumun işinə uğurlar arzu edirəm".

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti