Bu gün Allahın bəşər üçün göndərdiyi minlərlə peyğəmbərin sonuncusu, Tanrı dininin ən kamil formasını insanlara çatdıran, bütün yaradılanların ən üstünü olan Həzrəti Məhəmmədin (s) mövlud günüdür.

 

Kult.az az.islam.az-a istinadən xəbər verir ki, bu gün bütün İslam aləmi üçün ən əziz bayramlardan biridir.

Məhəmməd peyğəmbər (s) "fil ili"ndə, Miladi tarixi ilə 570-ci il Rəbiül-əvvəl ayının 17-də dünyaya göz açıb.

Mərhəmətli Allah peyğəmbərimizi insanlar arasından seçərək, özünə Rəsul etmişdi, onu aləmlərə rəhmət olaraq peyğəmbər göndərmişdir. Quranda buyurulur: "Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik." ("Ənbiya", 107). Allah onu gözəl əxlaqına görə insanlara təqlid nümunəsi kimi vəsf edir: "Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir" ("Əhzab", 21).

Məhəmməd (s) 40 yaşında olarkən peyğəmbərliyə yüksəlmişdi. Hira mağarasında olarkən, ona MÜqəddəs Quranın ilk ayəsi nazil olmuşdu: "Yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!" ("Ələq", 1).

Bəşər tarixi boyu, sonuncu peyğəmbərin dünyaya gəlməsindən öncə və sonra, milyardlarla insan anadan olub və vəfat edib. Amma nəzər saldığımız doğum tam fərqli bir hadisə idi. Allah-Taala yaradılışın zirvəsi saydığı insanlara nemət olaraq son elçisini dünyaya gətirirdi. Artıq bəşərin ən yeni tarixi yazılmağa başladı. Bəşəriyyət əsrlərlə formalaşan dəyərlərə yeni rakursdan nəzər salmalı oldu. Dayaqları sarsılmaz görünən ehkamlar yerlə-yeksan oldu. Adəmin, Nuhun, İbrahimin, Musanın, İsanın misilsiz zəhmətləri və səyləri ilə yetişən Allahın dini, Məhəmməd (s) tərəfindən cilalanmış şəkildə Adəm övladlarına təqdim edildi. Bütün suallar cavablandırıldı. Bütün intizarlara son qoyuldu. Artıq heç kim "bundan daha kamili ola bilər" söyləməyə cürət tapmadı. Söyləyənlər oldusa da, suallarına cavab tapmayanlar qaldısa da – zatən, onlar özləri özlərini aldatdılar. Aşkara göz yumdular. Gözlərini yumdular və "Günəş yoxdur ki! Hər yan zülmətdir ki!" söylədilər. O isə artıq var idi. Allah insanlara göstərdiyi bütün lütflərin ən üstününü bəşəriyyətə bəxş etdi. O, dünyaya gəldi. Xatəmun-ənbiyya dünyaya göz açdı.

Mövlud bayramı bütün bunları insanlara bir daha xatırladır, onları əməli salehliyə, xoşxasiyyətliliyə, gözəl əxlaqa çağırır.

Bu əziz bayram münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik edirik!

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti