Aydındır ki, indiki situasiya 2013-cü ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin “Ermənistanı Avrasiya İttifaqına yalnız beynəlxalq tanınmış sərhədləri çərçivəsində, yəni Qarabağ ərazisi olmadan qəbul etmək lazımdır” bəyanatını təkrarlayır.

Bundan sonra Ermənistanda Qazaxıstan və bu ölkənin prezidentinə qarşı guya Astananın müttəfiq respublikanı dəstəkləmədiyi, qeyri-dost mövqeyi tutduğu üçün informasiya hücumu başladı.

Bu sözləri Axar.az-a açıqlamasında qazaxıstanlı politoloq Andrey Çebotarev deyib.

“Bu gün praktik olaraq eyni şey, amma daha kiçik miqyaslı formada yaşanır. Ümumilikdə demək lazımdır ki, Ermənistan siyasi və media elitası Qazaxıstana münasibətdə Astananın Azərbaycanla əməkdaşlığa üstünlük verdiyi üçün qeyri-dost mövqeyi tutur. Ona görə də Ermənistan tərəfi KTMT və Avrasiya İttifaqına üzvlüyünə rəğmən Azərbaycanla Qazaxıstanın daha isti münasibətinə qısqanclıq və müəyyən aqressiya ilə yanaşır”, – deyə o bildirib.

Onun sözlərinə görə, erməni tərəfinin KTMT və digər birliklərdən çıxacağı ilə bağlı bəyanatları anlaşılmazdır:

“Bu ölkənin KTMT və Rusiya hərbi bazası olmadan öz təhlükəsizliyini ciddi şəkildə təmin edəcəyini təsəvvür etmək çətindir. Ona görə də Paşinyanın Rusiya, Qazaxıstan və Belarusa qarşı bütün qeyri-dost demarşlarına rəğmən, mən şəxsən bu ölkənin KTMT-dən çıxacağına şübhə ilə yanaşıram. Əgər hətta hazırkı rəhbərlik tərəfindən hansısa prosedurlar həyata keçirilsə belə, bu elitanın içərisində güclü müxalifət tapılacaq ki, bunun çıxış yolu olmadığını başa salsın. Demarşlar etmək, çıxış və Qərblə yaxınlaşmaq haqqında bəyanatlar vermək olar, amma bu, çətin ki, Ermənistana öz təhlükəsizliyini təmin etməyə kömək etsin. Ümid edirəm ki, İrəvan təşkilat çərçivəsindəki tərəfdaşlıq xəttində bütün fikir ayrılıqlarına rəğmən, bunu anlayır”.

O, Astananın dəfələrlə Qarabağ konfliktinin həm MDB çərçivəsində, həm də 2010-cu ildə ATƏT-ə sədrliyi dövründə həlli üçün təkliflər etdiyini bildirib:

“Təbii ki, bəzi məqamlara görə, Qazaxıstan etnik, dini, iki ölkəni birləşdirən iqtisadi faktorlar baxımından Azərbaycanla yaxındır. Amma Astana tərəf tutmayıb. Sadəcə, Qazaxıstan beynəlxalq hüquqa uyğun konfliktin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini istəyir".

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti