|
Televiziyalar insanların zövqünü korlayır.
Axar.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı millət vəkili Aqil Abbas deyib.
Deputatın fikrincə, İctimai Televiziya, Azərbaycan Dövlət Televiziyası və Mədəniyyət Kanalı istisna olmaqla digər kanalların fəaliyyəti qənaətbəxş sayıla bilməz:
“Hansı kanalı açırsan, ya kimisə axtarırlar, ya da gəlin qaynana ilə savaşır. Belə verilişlərlə insanların beynini yorur və zövqünü korlayırlar”.
Deputat əlavə edib ki, kanalların verilişi ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və prezidentin köməkçisi Əli Həsənovun məqaləsi olub.
Aqil Abbas təklif edib ki, televiziyaların cəzalandırılması ilə bağlı qanuna dəyişiklik edilsin:
“Dünyanın hər yerində belə cəzalar nəzərdə tutulur. Qardaş Türkiyədə kanallar bəzən bir həftə, bəzənsə bir ay cəzalandırılır, fəaliyyəti dayandırılır. Hesab edirəm ki, bizdə də Milli Teleradio Şurasına belə səlahiyyət verilməlidir”.