1999-cu ilin 23 martında Rusiya Xarici İşlər nazirinin müavini Leonid Draçevski Prezident Boris Yeltsinin məktubunu təqdim etmək üçün Azərbaycana gəlir və Heydər Əliyevlə görüşür.

 

Axar.az xəbər verir ki, görüşdə Azərbaycanın Xarici siyasət məsələləri üzrə dövlət müşaviri Vəfa Quluzadə də iştirak edir.

Draçevski Vəfa Quluzadənin Rusiyanı düşmən adlandırması barədə mətbuatda yer alan açıqlamalarına görə Heydər Əliyevə şikayət edir. Bu zaman isə Heydər Əliyev Vəfa Quluzadəni Draçevski və Rusiyanın ölkəmizdəki səfiri Aleksandr Bloxin qarşısında müdafiə edir.

Həmin söhbəti təqdim edirik:

Heydər Əliyev: - İndi mətbuat azaddır, çox şey yazırlar. Yeri gəlmişkən, məsələn, biz incisək də, bunu bildirmirik, Rusiya mətbuatı belə hesab edir ki, müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın siyasi xadimləri, dövlət başçıları haqqında, necə deyərlər, mülahizələr yürütmək və onlara qiymət vermək hüququ var. Ona görə də indiki halda mətbuatdan xüsusilə inciməyə gəldikdə, biz on dəfə artıq inciyə bilərik, çünki Rusiya mətbuatında Azərbaycan haqqında qərəzli, düzgün olmayan, təhrif olunmuş istənilən qədər yazılar çıxır.

Bəyanatlara gəldikdə isə, mən bilmirəm, Vəfa Quluzadənin dediklərinin əhəmiyyəti nə üçün belə şişirdilir? Yeri gəlmişkən, bu da təəccüblüdür. Vəfa Quluzadə harada nə isə deməklə çox məşhurlaşıb. Onun haradasa Rusiyanı Azərbaycanın düşmənləri sırasına aid etməsi mənə məlum deyildir. Bu, ola bilməz.

Vəfa Quluzadə: - Bu mənim dediyimin interpretasiyasıdır. Mən konkret olaraq düşmən deməmişəm. Azərbaycan ərazisinin 20 faizinin Ermənistanın işğalı altında olduğu şəraitdə Rusiyanın Ermənistanı silahlandırmaq siyasətini tənqid etmişəm.

Heydər Əliyev: - Bizim Rusiyadakı səfirimiz Rizayev mənə deyib ki, o, araşdırma apararaq dəqiqləşdirib ki, "Azadlıq"dakı... Bu, bizim "Azadlıq" qəzetidir?

Aleksandr Bloxin: - Bəli, sitat kimi, dırnaq içində verilmişdi.

Heydər Əliyev: - Onlar istədiklərini yazırlar. Siz Azərbaycan prezidenti barəsində onların hər gün yazdıqlarını oxuyursunuz? Onlar həqiqətimi yazırlar?

Aleksandr Bloxin: - Yox, Heydər Əliyeviç, nə deyə bilərəm?! Azərbaycan prezidenti haqqında onların nə yazdıqlarını mən necə şərh edə bilərəm? Bu, dövlətin daxili işidir.

Heydər Əliyev: - Rusiyadakı səfirimiz mənə deyib ki, bunu araşdırıb, Vəfa Quluzadə belə şey deməyib...

Aleksandr Bloxin: - Onlar diktofon yazısının olduğunu deyirlər.

Heydər Əliyev: - Mən bu gün bildirirəm ki, o, belə şey edə bilməz, çünki Vəfa Quluzadənin buna ixtiyarı yoxdur. Bu, dövlət başçısının hüququdur. Bunu gərginləşdirmək lazım deyildir. Bir də deyirəm, tamamilə əminəm ki, o, bunu deməyib. Qəzetin nə isə yazmasına və sizin bunu problemə çevirməyinizə gəldikdə isə, zənnimcə, lazım deyildir. Mən bu gün deyirəm ki, belə şey ola bilməz. Azərbaycan dövləti və prezidenti Rusiyanı heç vaxt nəinki düşmən hesab edib və edir, əksinə, Rusiya bizə dost olan ölkədir.

2015.05.02 / 13:12

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti