Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Türkiyənin aparıcı kütləvi informasiya vasitələri məlumatlar yayıb.

Azərtac xəbər verir ki, geniş tamaşaçı auditoriyasına malik TRT HABER və TRT AVAZ kanalları, həmçinin İhlas xəbər agentliyi (İHA) Azərbaycan xalqının Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etməsi barədə süjetlər yayıb. O cümlədən bu kanalların saytında Ümummilli Liderin həyat və fəaliyyəti barədə məlumatlar verilib, fotolar və videolar təqdim olunub.

Türkiyənin “Milliyyət” qəzeti Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin, Anadolu Agentliyi və “Yeni çağ” qəzeti Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevin ümummilli lider haqqında məqalələrini dərc edib. Qardaş ölkənin mətbuatı, həmçinin Ankara, İstanbul və Qars şəhərlərində təşkil olunan anım mərasimləri barədə məlumatları, eləcə də nüfuzlu şəxslərin Heydər Əliyev haqqında açıqlamalarını türkdilli oxuculara çatdırıb.

İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal www.igdirdogusgazetesi.com saytında yayılmış “Heydər Əliyevi rəhmətlə anırıq” sərlövhəli məqaləsində yazır: “Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevi vəfatının 15-ci ildönümündə ehtiramla anırıq. Heydər Əliyevdən sürətlə inkişaf edən bir Azərbaycan miras qalıb. Biz iğdırlılar hər zaman Azərbaycanın yanında olmuşuq. Türkiyə ilə gözəl münasibətlər yaratmaq Heydər Əliyevin amalı olub. O, hər zaman “biz iki dövlət, bir millətik” deyib”.

İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar www.yesiligdir.com portalında təqdim etdiyi “Can Azərbaycanın məhrum lideri Heydər Əliyevi vəfatının 15-ci ildönümündə rəhmətlə anırıq” adlı yazısında Ulu Öndərin şərəfli ömür yoluna nəzər yetirir. Müəllif məqalədə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi neft strategiyasının uğurlarını sadalayaq əminliklə ifadə edir ki, bu layihələr Azərbaycan və Türkiyənin qardaşlıq gücünə əlavə güc qatacaq.

Azərbaycanın Ankaradakı səfirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunan anım mərasimindən geniş məlumat yayan “Milliyyət” qəzeti Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçunun mərasimdəki çıxışını belə təqdim edir: “Bu məktəbdə adı yaşadılan, 15 il əvvəl cismən bizdən ayrılan ulu öndər Heydər Əliyevi vəfatının ildönümündə bir yerdə ehtiramla yad edirik. Həyata keçirdiyi işlərlə tarix yazan mərhum Heydər Əliyev qazi Mustafa Kamal Atatürk kimi uşaqlara, qadınlara və gənclərə çox önəm verməklə xalqının və türk dünyasının sevgi və sayğısını qazanıb. Ulu Öndər hər zaman könüllərdə yaşayacaq”.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti