Şeyx Zahid Gilani Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin ustadı olub. “Şeyx Səfi təzkirəsi”ndə xüsusi maraq doğuran məsələlərdən biri məşhur Elxani hökmdarı Qazan xanın Şeyx Zahid Gilanini ziyarət etməsi və ona böyük ehtiram göstərməsi ilə bağlıdır. Bu fakt Şeyx Zahid Gilaninin o dövrdə böyük nüfuz və kəramət sahibi olduğunu göstərir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan Kult.az-a verilən məlumata görə, bunu institutun “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, professor Şahin Fazil “Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani” adlı beynəlxalq simpoziumda çıxışı zamanı deyib. Simpoziumun təşkilatçıları AMEA-nın Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyənin Nəcməddin Ərbakan Universitetidir.

Lənkəran şəhərində keçirilən simpoziumda Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, Nəcməddin Ərbəkan Universitetinin professoru Əhməd Taşkın, Kastamonu Universitetinin professoru Cövdət Yaquboğlu, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Dilavər Əzimli və başqaları çıxış ediblər. Tədbirdə AMEA-dan Tarix İnstitutunun ortaəsrşünas alimlərinin, Lənkəran Regional Elmi Mərkəzin direktor müavini Mayis Cəfərovun və başqalarının məruzələri dinlənilib.

Simpoziumda bildirilib ki, müasir mərhələdə dünyanın ən güclü səfəvişünaslıq məktəbi məhz Azərbaycanda - Tarix İnstitutundadır.

Dilavər Əzimli qeyd edib ki, Şeyx Zahid Gilaninin yüz min müridi (şagird) olub. Diqqətə çatdırılıb ki, Şeyx Zahid Gilani 1218-ci ildə Lənkəran rayonunun Siyəvar kəndində anadan olub. Rayonun Şıxəkəran kəndində yerləşən Şeyx Zahid türbəsi ölkəmizin tanınmış ziyarətgahlarından biridir. Türbə Nazirlər Kabinetinin qərarına əsasən, yerli əhəmiyyətli tarixi abidə kimi qeydiyyata alınaraq qorunur.

Beynəlxalq simpoziuma Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, İran və Bolqarıstandan olan tədqiqatçılar da məruzələrini təqdim ediblər.

Qeyd edək ki, Lənkərandakı simpoziumdan əvvəl AMEA-nın Tarix İnstitutunda Şeyx Zahid Gilaninin 800 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti