![]() |
|
Bu gün Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində uşaqlar üçün ənənəvi şənlik təşkil edib.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqların bayram şənliyində iştirak ediblər.
Nağıl və musiqili-əyləncəli proqrama uşaq evlərinin sakinləri, yaradıcı uşaqlar və yeniyetmələr - ümumilikdə 500-dək heyət, o cümlədən Azərbaycanın tanınmış estrada ulduzları qatılıb.
Həmişə olduğu kimi, bu dəfə də uşaqlar şənliyin keçirildiyi məkana onlar üçün ayrılmış avtobuslarla gəliblər.
Şənlikdə uşaqlara səhnələşdirilmiş nağıl və musiqili-əyləncəli proqram təqdim edilib.
Birinci vitse-prezidenti uşaqların sevinc və fərəhini bölüşüb, onlarla səmimi söhbət edib.