Avropalıların İrana qarşı sanksiyalar məsələsində ABŞ-la sona qədər inadlaşacağına inanmıram.

 

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bəzi Avropa şirkətlərinin artıq İranı tərk etdiyini bildirib:

“Bunların içərisində Fransa, Almaniya, İspaniyaya məxsus şirkətlər də var. Yəni Avropa hələ bir müddət İrana qarşı sanksiyalarda iştirak etməyəcək. Ancaq bu müddət keçdikdən sonra Avropa da ABŞ-ın sırasına qoşulacaq. ABŞ Obama dövründə olan sazişi ədalətli hesab etmir və İrana birtərəfli üstünlük qazandırdığını düşünür. Ona görə də ABŞ İranla yeni ədalətli sazişin imzalanmasına nail olmağa çalışacaq. Bu yeni sazişə görə, İran nüvə silahı istehsalı ilə məşğul olan bütün zavodlarını, xüsusilə də dağların altında bunkerlərdə yerləşdirilmiş Nüvə Tədqiqatları Mərkəzini MAQATE-yə açıb göstərməlidir. Əslində, bu məsələnin müharibə həddinə gəlib çatmasını istəməyən qüvvələr çoxdur. Çünki ABŞ-İran qarşıdurması dünyanın düzənini tamamilə alt-üst edə bilər. Hazırda müzakirələr təxminən bu səviyyədə aparılır”.

Politoloq Avropanın ABŞ-ın iradəsi əleyhinə gedəcəyini düşünmür:

“Avropa da nəhayət, İranı yeni nüvə sazişi imzalamağa təhrik etməyə çalışacaq. Bununla da Avropa-ABŞ münasibətləri özünün gərgin dövrünü geridə qoyacaq və münasibətlərin yeni dönəmi başlayacaq. Çünki ABŞ siyasətini müəyyən edən təkcə Tramp deyil, bir çox dövlət və bizə bəlli olmayan müəyyən qeyri-rəsmi strukturlar da bu prosesdə iştirak edirlər. Onlar köhnə dünya, yəni Avropa ilə münasibətlərin qırılmasının tərəfdarı deyillər, birmənalı qaydada Qərb dünyasının vahidliyini irəli sürürlər. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, ABŞ-ın Avropa ölkələrinə xəbərdarlığı hələ bir müddət də davam edəcək. Bu müddət başa çatdıqdan sonra münasibətlərdəki gərginlik səngiyəcək, daha konstruktiv məcraya daxil olacaq”.

Q.Hüseynli bildirib ki, ABŞ-İran gərginliyi müharibə həddinə gəlib çatmayacaq:

“İndiki situasiyaya nəzər salsaq, İranı yeni nüvə sazişi imzalamağa məcbur edəcəklər. Zənnimcə, bu gün həmin müqaviləyə ehtiyac var. Çünki İran nüvə tədqiqatlarını dayandırmayıb. Yeni sazişin məqsədi isə nüvə tədqiqatlarını dayandırmaqdır. Bu məsələdə ən sonda Avropa da ABŞ-la razılığa gələcək və nəticədə İranı yeni nüvə sazişi imzalamağa məcbur etmək mümkün olacaq”.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti