Türkiyə-ABŞ gərginliyi açıq münaqişəyə keçməyəcək.

 

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, yaxın perspektivdə sözügedən ölkələr arasında ikitərəfli münasibətlərdə müsbət istiqamətdə dəyişiklik gözlənilmir:

“Bu da bir çox amillərlə, xüsusilə də ABŞ-ın regionda yürütdüyü sərt siyasətlə əlaqədardır. Belə ki, ABŞ birmənalı olaraq İsraili və Suriyadakı kürd birləşmələrini dəstəkləməkdən imtina etmək niyyətində deyil. Əlbəttə ki, bu da Türkiyəni qıcıqlandırır və Ankaranı regionda adekvat addımlar atmağa vadar edir. Bu vəziyyətin dəyişməsi üçün tərəflər ən azı öz siyasətlərində korrektələrə getməlidirlər. Bu mənada ABŞ Yaxın Şərq siyasətini yumşaltmalı, Türkiyə isə daha çox amerikapərəst siyasətə keçməlidir. Reallıqları nəzərə alsaq, bu, indiki ərəfədə tamamilə mümkünsüzdür. Bu fonda ABŞ-Türkiyə ikitərəfli münasibətlərinin yaxşılaşmasını gözləmək düzgün olmazdı. Çünki gərginlik qarşıdakı dönəmlərdə də davam edəcək”.

Politoloq ABŞ-ın hazırda regionda çox ziddiyyətli siyasət apardığını bildirib:

“Bu da sözügedən ölkənin yaxın tərəfdaşları ilə münasibətlərinin korlanmasına gətirib çıxarır. Əslində, bu durum Türkiyə üçün əlverişlidir. O üzdən hesab edirəm ki, Türkiyə yaranmış bu vəziyyətdən maksimum istifadə edərək öz mövqelərini möhkəmləndirməyə və müəyyən dərəcədə ABŞ-a təsir göstərməyə çalışacaq. Fikir verirsinizsə, son günlər Suriyada Rusiya-Türkiyə-Fransa formatı formalaşmağa başlayıb. İnanmıram ki, bu format çərçivəsində keçirilən görüşlər ABŞ-ın xoşuna gəlsin. Bu isə ABŞ və Fransa arasında yeni ziddiyyətlərin yaranacağından xəbər verir. Türkiyə bundan da istifadə etməyə çalışacaq. Belə bir siyasət isə Ankara üçün məhsuldar olacaq və öz bəhrəsini verəcək. Zənnimcə, Türkiyə bu yeni siyasətə çox yaxın vaxtlarda keçəcək”.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti