|
Avtobus və metroda qiymət artımının inflyasiyaya yüksəldici təsiri var.
APA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.
"Lakin düşünmürük ki, bu artım inflyasiyanın 6-7%-lik hədəf dəhlizindən kənarlaşdıra bilər", deyə sədr bildirib.
E.Rüstəmov əlavə edib ki, bütövlükdə qiymət dəyişikliyi bu sektorda fəaliyyətlə məşğul olan biznes qurumaların fəaliyyətini tənzimləmək istiqamətində atılan addımlar kimi qiymətləndirmək lazımdır: "Bu sektorda fəaliyyət göstərən qurumların maliyyə sağlamlığı təqdim etdiyi xidmətlərin keyfiyyəti ilə birbaşa bağıldır".