Azərbaycan dəmir yolu nəqliyyatı ölkə iqtisadiyyatının əsas qollarından olan ən mühüm sahələrdən biridir.Yarandığı 139 illik tarix boyu bu nəqliyyat sahəsi sənayenin inkişafına kifayət qədər önəmli xidmətlər göstərib və paralel olaraq, özü də inkişaf edib.Dogrudur, dəmir yolu tariximizin təxminən 37 ili çar Rusiyasının, 73 ili isə sovet hakimiyyətinin inhisarında olub. Amma buna baxmayaraq, dəmiryolçuların keçdiyi şərəfli zəhmət yolu həm bizim hər birimiz, həm də ümumilikdə tariximiz üçün çox önəmlidir. Çünki keçmişin dəyərlərinə qiymət vermədən, onun bu günümüzlə müqayisəli təhlilini aparmadan, ötən dövrlərin reallıqlarına həqiqi münasibət ortaya qoymaq olmaz. Ən başlıcası da odur ki, hansı siyasi quruluşda fəaliyyət göstərməsindən asılı olmayaraq, dəmiryolçular öz çətin və məsuliyyətli işlərini vicdanla icra ediblər. Bu gün müstəqil dövlətçiliyimizin inkişafına əməli xidmətləri ilə qoşulan dəmiryolçuların ustalıq təcrübəsi məhz keçmişdən üzü bəri gərgin zəhmət bahasına formalaşdırdıqları ənənəvi peşəkarlıqdan qaynaqlanır.


Dəmir yolu nəqliyyatı elə bir təsərrüfat sahəsidir ki, burda ancaq peşəkarlığın, təcrübənin və ustalığın dəqiqliklə işə tətbiqi uğur gətirir. Dövlət müstəqilliyinə nail olduğumuz ilk illərdən bəri yeni texnologiyaların işə tətbiqində müəyyən çətinliklər yaşadıq. Texniki və maddi ehtiyaclar polad magistralın yenidən qurulmasına imkan vermədi.Dünya nəqliyyat sisteminin üstünlüklərinə sahiblənmək problemli məsələyə çevrildi. Niyə? Çünki bizim qüdrətli deyib ideallaşdırdığımız və xidmətçisinə çevrildiyimiz sovet dövləti öz iqtisadi sistemini kustar iqtisadi metodlar üzərində qurmuşdu. Nəhayət, ötən əsrin 90- cı illərindən biz, müasir dünyanın real durumu ilə tanış olmaq, onun üstünlüklərinə istiqamətlənmək imkanı qazandıq.


Bu gün dəmir yolu nəqliyyatı özünün bütün sahələrini əhatə edən bir yeniləşmə dövrünə qədəm qoyub. Dünyada iqtisadi və siyasi ziddiyyətlərin kəskin xarakter aldığı bir vaxtda bütün bunlar böyük çətinliklər bahasına başa gəlsə də, müasirləşmənin yeganə yolu budur. Polad magistralda yolların əsaslı təmirini aparmadan, texniki bazanı yeniləşdirmədən, üstün texnologiyaların işə tətbiqinə nail olmadan inkişafdan danışmaq real görünmür və hazırda bu istiqamətdə aparılan işlər müsbət xarakterizə olunmalıdır. Dəmir yolunda yolların əsaslı təmiri prosesinə 2011 – ci ilin yayında Baki- Böyük Kəsik istiqaməti üzrə layihələndirilmiş böyük işlərlə başlanılıb.

Bu, dövlət müstəqilliyinə qovuşduğumuz illərin ən böyük və yeganə layihəsi idi. İşin icrası yol təmiri işlərində ənənəvi peşəkarlığa sahib olan “ Dəmiryolservis “ MMC – nin kollektivinə tapşırıldı və ilk illərdə bu kollektiv 379 km yolu əsaslı təmir etməyə nail oldu. Özü də bu işlər elə bir vaxtda aparılırdı ki, proses üçün lazım olan texniki vasitələr, maşın və mexanizmlər yox dərəcəsində idi. Amma kollektivin uzun illər formalaşdırdığı zəngin iş təcrübəsi bu çətinlikləri fədakarlıqla dəf etməyə imkan yaratdı.

2015 – ci ildə “ Dəmiryolservis “ MMC – nin bazasından ayrılmaqla yeni strukturların yaradılması və müəssisənin yol tikintisi üzrə üç güc mərkəzinə bölünməsi həyata keçirildi. Hazırda hər üç müəssisə ayrı – ayrılıqda dəmir yollarının əsaslı təmir proseslərinə öz əməli xidmətini göstərməkdə davam edir. Bu yazımızda “ Dəmiryolservis “ MMC – nin son üç illik fəaliyyətinə nəzər salacaq, keçilən zəhmət yolunu dəyərləndirməyə çalışacağıq.

Əvvəla onu deyək ki, bu müəssisənin tərkibində yolların əsaslı təmirini həyata keçirən və istehsalat bazası Çarxıda yerləşən bir İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi, həmçinin uzunölçülü rels pletlərinin qaynaq edilməsi üzrə ixtisaslaşan Rels – Qaynaqlama Qatarı fəaliyyət göstərir. İllərlə formalaşmış ənənəvi iş metodlarına söykənən kollektivdə təcrübəli və peşəkar kadrlar üstünlük təşkil edirlər. Peşəkar dəmiryolçu Əli Əşrəf Lütfəlibəyovun rəhbərlik etdiyi bu kollektiv dəmir yolunun tarixinə özünün qələbəli imzasını atıb. O ki, qaldi yuxarıda qeyd etdiyimiz hesabat dövrünün nəticələrinə, son 3 ildə müəssisənin yol təmirçiləri Bakı – Böyük Kəsik istiqamətində 76,9 km baş yolların əsaslı təmirini həyata keçirmiş, Bakı – Sumqayıt dairəvi yolunun əsaslı təmiri prosesində 40 km yolun əsaslı təmirini aparmışlar.O cümlədən “ Şimal – Cənub “ layihəsi çərçivəsində proseslərə qoşulan kollektiv Ələt – Osmanlı – Astara istiqamətində 42 km yolun əsaslı təmirinə başlamış, Şirvan stansiyası – Şirvan çeşidləmə mənzilində 3,175 km, Şirvan stansiyasının tək yolunda 0,918 km , Şirvan çeşidləmə stansiyasında 1,122 km, Qaragünə - Şirvan çeşidləmə mənzilində 6,709 km, Xıdırlı – Qaragünə mənzilində 13,9 km yolu əsaslı təmir etmiş, “ADY Konteyner” MMC –nin sifarişi ilə Sumqayıtçayda yük həyətinin yollarinda 19 dəst yoldəyişən quraşdırmaqla 5,5 km, Biləcəri Təchizat bazasında 4 dəst yoldəyişən quraşdırmaqla 2 km, Böyük Şor lokomotiv deposunun yollarında 16 dəst yoldəyişən quraşdırmaqla 3,424 km, Ləcət stansiyasında 3 dəst yoldəyişən quraşdırmaqla 1,218 km yolu əsaslı təmir etməyə nail olmuşlar.Regionda ən müasir müəssisə olanRels – Qaynaqlama Qatarının kollektivi 2016 – cı ildə 157437,70 metr/yol, 2017 – ci ildə 207719,60 metr/yol, 2018 – ci ildə isə 184081,31 metr/yol rels qaynaq etməyə nail olmuş, hesabat dövründə qaynağın cəmi həcmi 549238,61 metr/yol təşkil etmişdir. Hazırda da bu kollektiv əsaslı təmir proseslərində yaxından iştirak edir.

Əslində, yuxarıda qeyd etdiklərimiz “ Dəmiryolservis “ MMC kollektivinin potensial imkanlarını özündə tam əks etdirmir.Çünki bu kollektiv daha böyük işləri görmək imkanlarına malikdir və bunu öz əməli işləri ilə dəfələrlə sübuta yetiriblər. Yaradıcı və qurucu insanlar heç vaxt öz əməllərindən usanmırlar.Ona görə ki, icra etdikləri iş dövlətə və millətə xidmətə köklənir. Əlləri var olsun !

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti