|
Tanrının bizə bəxş etdiyi ömrü hərə bir cür yaşayır.
Bəzilərimiz fərqinə varmadan , bəzilərimiz isə hər anın , hər dəqiqənin qədrini bilərək . Şərəflə , ləyaqətlə , üzərinə düşən vəzifə və vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirərək !
Haqqında danışacağım şəxs də belə insanlardandır. Zəmanəmizdə çox nadir təsadüf edilən insanlardan !
Əməlləri , əqidəsi , amalı ilə hər kəsə nümunə olacaq insan !
Xeyrxahlığı , dürüstlüyü , ləyaqəti özünə həyat kredosu seçən insan !
Hacı Rasim Məmmədov.
Bu gün Hacı Rasimin doğum günüdür. Dönüb arxaya baxarkən bu illərdə qazancı ancaq və ancaq yüksək mənəviyyat və hörmət olub. Səriştəli , yüksək intelektual səviyyəsi , öz xüsusu dəst- xətti ilə bir mətbuat nümayəndəsi kimi hər zaman haqqın . ədalətin carçısı olub. Hal-hazırda da bu yolda əzmlə . cəsarətlə davam etməkdədir.
Bu sevincli gündə Hacını bütün çoxsaylı dostları , yoldaşları adından təbrik edirik. İlk növbədə sağlam və uzun ömür arzulayırıq. Qoy ömrünə yazılan hər gün , yaşının üzərinə gələn hər il ömrünə , gününə qızıl hərflərlə yazılsın.
Tanrı Sizi qorusun !