Rusiyanın hansı tədbirlər görəcəyini, yaxud görməyəcəyini müəyyənləşdirmək imkanımız yoxdur.

Moskvanın real təzyiqləri hələlik nəzərə çarpmır.

Bu sözləri Axar.az-a Rusiya XİN rəhbəri Sergey Lavrovun Köçəryanın həbsi ilə bağlı açıqlamasına münasibət bildirən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, Lavrovun açıqlaması kifayət qədər yumşaq, daha dəqiq desək, incik olduğu üçün bunun Ermənistan rəhbərliyinə təzyiq xarakteri daşıdığını düşünmür:

“Bu açıqlama sadəcə xatırlatmadır. Prosesin davamı isə Ermənistan rəhbərliyinin reaksiyasından sonra bəlli olacaq. Görünür, Paşinyanın reabilitasiyası ilə bağlı öhdəliklərin götürülməsində Lavrovun da müəyyən rolu olub. Əks təqdirdə Köçəryanın həbsinə verilən reaksiya xarici işlər nazirinin gündəmində olmamalıydı. Prinsip etibari ilə Köçəryanın həbsinin diplomatik münasibətlərə heç bir aidiyyəti yoxdur. Bu məsələyə Rusiya parlamentinin ayrı-ayrı deputatları, KTMT, Avrasiya İttifaqı rəhbərliyində təmsil olunan şəxslər, Rusiyanın ombudsmanı, əgər qalıbsa, hüquq-müdafiə təşkilatları reaksiya versəydi, bunu anlamaq olardı”.

Analitikin sözlərinə görə, Lavrovun açıqlamasının başqa bir tərəfi isə Rusiyanın Ermənistanın daxili işlərinə açıq şəkildə müdaxiləsinin, hətta bu ölkənin baş nazirindən ölkədaxili məsələlərlə bağlı öhdəlik almaq kimi dövlətlərarası münasibətlərdə nonsens sayıla biləcək addımlar ata biləcəyinin etirafıdır:

“Bu isə o deməkdir ki, Rusiya hələ də Ermənistanı forpost statusunda görür. Digər tərəfdən, Paşinyan Lavrovun dediyi kimi, siyasi təqiblərə yol verməyəcəyi barədə öhdəlik götürübsə, Moskva bunun qarşılığında Paşinyana hansı vədləri verib? Rusiyanın son 1 ay ərzində nəzərə çarpan qeyri-müəyyən davranışları Paşinyana, yaxud onun sahiblərinə verilən vədlərdən qaynaqlanmır ki?! Suallar çoxdur. Bütün bunlara aydınlıq gəlməsi üçün müəyyən qədər gözləməyin lazım olduğunu düşünürəm”.

Analitik vurğulayıb ki, Ermənistanın hansısa mərhələdə yenidən qarşıdurma meydanına çevriləcəyi ehtimalı çoxdur:

“Çünki Köçəryan-Sərkisyan cütlüyünün yaxın ətrafı və onların əldə etdikləri kapital hansısa mərhələdə stimullaşdırıcı, hərəkətverici faktor kimi özünü göstərə bilər. Ola bilsin ki, bu, seçkilər ərəfəsində baş verəcək. Hər halda Ermənistanda proseslərin tezliklə səngiyəcəyi inandırıcı görünmür. Amma indiki məqamda Paşinyanın konkret təlimatlarla hərəkət etdiyi, seçkilərdə ona maneə yarada biləcək faktorları neytrallaşdırmaq istədiyi açıq-aşkar görünür”.

E.Mirzəbəyli Ermənistanda son baş verən proseslərdə Qərbin əli olub-olmadığına da münasibət bildirib:

“Qərb mücərrəd bir məkan anlayışıdır. Buradakı münasibətlər heç 5 il öncəki kimi deyil. ABŞ-la ənənəvi müttəfiqləri arasındakı ziddiyyətlərin spektri də getdikcə genişlənir. Bu baxımdan ümumiləşdirilmiş şəkildə Ermənistanda baş verən proseslərdə ünvan kimi, həm də bütöv bir geosiyasi məkan şəklində yalnız Qərbi göstərmək düzgün olmazdı. Amma Paşinyanın hərəkət trayektoriyasında ABŞ və Avropa İttifaqının bəzi institutlarının izi görünür”.

Qeyd edək ki, dünən Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistanın yeni rəhbərliyinin siyasi təqiblərinə yol verməyəcəyi ilə bağlı səsləndirdiyi bəyanatlara baxmayaraq, hazırda bunun tam əksinə davrandıqlarını deyib.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti