Bu gün həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən İranın təcridi siyasəti həyata keçirilir.

 

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, ABŞ-ın İrana yönəlik siyasətində 5 əsas vacib məqam var idi:

“Bu istiqamətlərdə ABŞ İrana təzyiqlərini gücləndirməyi düşünürdü. Birinci məqam iqtisadi cəhətdən İrana qarşı təzyiqlərin artırılması idi ki, hazırda da bunun şahidi olmaqdayıq. İran rialının çöküşü ciddi şəkildə İran iqtidarını silkələyir. Bu, eyni zamanda, ciddi sosial gərginliklərin və narazılıqların vüsət almasına səbəb olur. İranın müxtəlif bölgələrində əsnaflar, tacirlər, hətta taksi sürücüləri də müəyyən etirazlar edir. Yəni sosial zümrələrin narazılığı iqtisadi təzyiqlər fonunda getdikcə artmaqdadır”.

Analitik qeyd edib ki, hazırda ABŞ tərəfindən İranın həm də siyasi təcrid olunması prosesi baş verir:

“ABŞ çox sürətlə Avropa ilə İranın arasında müəyyən açıqlıqlar yaradır. Proses hələ yeni başlayanda Avropa sanksiyalara qoşulmamağa meyilli idi. Hətta Avropanın bəzi səlahiyyətli şəxslərinin İrana müsbət mənada referansları da oldu. Amma sonradan proseslər dəyişdi. Hazırda biz kifayət qədər ciddi Avropa şirkətlərinin İrandan çıxdığını və ya İranla əməkdaşlığı dayandırdığını müşahidə edirik. ABŞ İranın daxilindəki dini məzhəbsəl faktorlardan, etnik azlıqlardan qidalanaraq müxtəlif narazılıqların əsasını qoymağa çalışır. İranda son “Dərvişlərin qiyamı”ndan bu yana gedən bütün prosesləri nəzərdən keçirsək, görərik ki, ABŞ bu siyasətini də İranın daxilində çox ciddi şəkildə həyata keçirir. Artıq istər etnik, istər məzhəbsəl faktorlarla narazılıqların əsası qoyulan konfliktlər xeyli alovlandırılıb. Məsələn, İranda bu yaxınlarda sünni lider qətlə yetirildi”.

Analitik bildirib ki, ABŞ-ın digər hədəfi İranın Yaxın Şərq nöqtələrinin vurulması idi:

“Bu istiqamətdə də ciddi proseslər getməkdədir. İraqda seçkilərdən sonrakı vəziyyət, Suriyada son baş verən proseslər onu deməyə əsas verir ki, maksimum dərəcədə İranın mövqelərini zəiflətməyə çalışırlar. Bütün bu istiqamətlərin hamısı onu göstərir ki, bu gün sözün həqiqi mənasında İrana qarşı çox ciddi həmlələr edilir. İqtisadi sanksiyalarla bağlı məsələlər hələ bu prosesin bir istiqamətidir”.

Analitik vurğulayıb ki, ABŞ-ın İrana qarşı sanksiyalarının təsirli olmasında Türkiyə də önəmli faktordur:

“ABŞ-İran-Türkiyə üçbucağında da ciddi proseslər getməkdədir. Türkiyənin İrana qarşı sanksiyalara qoşulmaması, ABŞ-ın Türkiyəyə sanksiya təhdidləri Türkiyə iqtisadiyyatına da müəyyən mənada öz təsirini gəstərəcək. Amma məsələ burasındadır ki, Türkiyə-İran münasibətləri ABŞ-Türkiyə münasibətləri fonunda qiymətləndirilməlidir. Çünki Türkiyə və ABŞ münasibətlərində olan gərginlikləri yaradan səbəblər bu gün Türkiyənin Yaxın Şərq siyasətində İranla uzlaşmasına səbəb olur. O cümlədən bütün bunlar Türkiyəni İran və Rusiya ilə yaxınlaşdırır. Türkiyə bu gün Rusiyanın hərbi bazarından istifadə etmək niyyətini açıqca bildirir. Yəni ABŞ-ın Türkiyəni sanksiyalarla hədələməsi əks-effekt verə bilər. Bu, Türkiyəni Rusiya və İranı daha da yaxınlaşdırar. Hətta bu gün Yaxın Şərqdə Türkiyə və İranın tam razılığa gəlməyən nöqtələrin olmasına baxmayaraq, ABŞ-ın yürütdüyü siyasət iki dövlətin regionda müttəfiqliyini artırar. Bunu ABŞ da çox yaxşı bilir”.

Analitikin sözlərinə görə, Qərb ortada müzakirəyə ehtiyacı olan məsələləri həll etmək üçün Türkiyə ilə bir masaya oturmağa məcburdur:

“Almaniya-Türkiyə, Fransa-Türkiyə münasibətlərində son hadisələrə fikir versək, görərik ki, bu ölkələr Türkiyə ilə olan məsələlərdə qırmızı cizgini tam olaraq keçməməyə çalışır. Türkiyə bu gün Yaxın Şərqdə sözünü deyə biləcək lider bir ölkədir. Çünki Türkiyə NATO ölkəsidir və Qərb ailəsinin bir üzvüdür. Əgər ABŞ İrana qarşı ciddi bir cəbhə yaratmaq istəyirsə, burada Türkiyənin maraqları nəzərə alınmalıdır. Çünki bu gün Türkiyə-İran yaxınlaşması ABŞ-ın da, Qərbin də İrana qarşı həyata keçirdiyi siyasətə müəyyən mənada əngəldir”.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti