Antalyada Azərbaycan Xalq Cümhuriyyətinin və Türk Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 100-cü ildönümü ilə bağlı gecə keçirilib.

 

Axar.az xəbər verir ki, tədbirin açılışında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycan Xalq Cümhuriyyəti və onun qurucuları ilə bağlı geniş məlumat verib.

O bildirib ki, erməni daşnakları rus bolşeviklərinin dəstəyi ilə Azərbaycanda dəhşətli soyqırım həyata keçirən zaman böyük qəhrəman Nuri Paşanın rəhbərliyi ilə Türk Qafqaz İslam Ordusu Azərbaycana dəstəyə gəlib:

“O ordunun içərisində Antalyadan da 10 şəhid babamız var və bu gün Bakıda türk şəhidliyində yatırlar. Onların xatirəsinə Antalyada abidə qoyulması vəfa borcu olmaqla yanaşı, bu gün və gələcək nəsillər üçün böyük önəm daşıyır. Çanaqqalada üç mindən çox Azərbaycan türkü şəhid oldu. Həmin zaman babalarımız birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi. Arzu edirəm ki, gələn tədbirlərimizi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndidə, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”.

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB tərəfindən Kəpəz bələdiyyə başqanı Hakan Tütünçü, Antalya Jurnalistlər Cəmiyyəti başqanı Mövlud Yeni və Antalya Türk Ocaqları başqanı Abdullah Uysala Azərbaycan-Türkiyə qardaşlığının inkişafında göstərdiyi səylərə görə mükafat təqdim olunub.

Tədbirdən sonra millət vəkili Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova Antalyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, onların rəhbərləri, üzvləri və bu bölgədə təhsil alan bir sıra azərbaycanlı tələbələrlə də görüşüblər.

20 Noyabr 2024 ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalandı
20 Noyabr 2024 ADY sədri COP29 çərçivəsində dəmir yollarında etibarlı həllər mövzusunda panel müzakirələrində iştirak edib
19 Noyabr 2024 ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub
19 Noyabr 2024 ADY və “Stadler Rail Group” arasında yeni anlaşma: dəmiryol sektorunda kadr hazırlığı üçün Təlim və İnkişaf Mərkəzi yaradılır
07 Noyabr 2024 Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib
07 Noyabr 2024 Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxişı keçirib
25 Oktyabr 2024 Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçirilıb VİDEO/FOTO
23 Oktyabr 2024 ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib
17 Oktyabr 2024 Daxili İşlər Nazirliyində Kollegıya iclası keçirilib
16 Oktyabr 2024 ADY İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edib
13 Oktyabr 2024 Azərbaycan dəmiryolçularının peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
12 Oktyabr 2024 Peşə bayramı ilə əlaqədar veteran dəmiryolçularla görüş
10 Oktyabr 2024 Nazir Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
08 Oktyabr 2024 Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb FOTO
01 Oktyabr 2024 ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsində dəmir yollarının ətraf mühitə qayğısından danışıb
27 Sentyabr 2024 AAYDA-nın rəhbərliyi və əməkdaşları Zəfər parkında olublar FOTO
27 Sentyabr 2024 ADY ailəsi olaraq Zəfər parkında oldular
25 Sentyabr 2024 ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizin perspektivlərini müzakirə etdi
24 Sentyabr 2024 ADY “InnoTrans” beynəlxalq sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur
20 Sentyabr 2024 Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO

Xəbər lenti