Nazirlər kabinetinin 1918-ci ilin birinci altı ayının yekunlarına dair iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etdi. Natiq Davos İqtisadi Forumun Azərbaycana dair açıqlamalarını tribunadan xalqa bəyan etdi. O, bir faktı xüsusi ilə Azərbaycanın inkişafının dünyada 35-ci yerdə, yol infrastrukturunun isə 36-cı yerdə olduğunu qeyd etdi.

Yenicə müstəqillik qazanmış Azərbaycan dünya ölkələri arasında belə qabaqcıl yerləri tutursa buna görə ilk növbədə xalqımız ölkə rəhbərinə və onun peşəkar komandasına minnətdar olmalıdır.

Yol infrastrukturunun dünya çapında 36-cı yerdə olması məni çoxdan tanıdığım, yol tikintisi ilə məşğul olan bir kollektivin qısa zaman kəsiyində necə böyük işlər gördüyünü xalqa təqdim etməyə sövq etdi.

Bu kollektiv əvvəllər 81 №-li, sonra isə 14 №-li xüsusi təyinatlı yol istismar MMC kimi fəaliyyət göstərir. Onların uğurları çox böyükdür, sadalamaqla qurtarmır.


İlk öncə onu qeyd edim ki, kollektivin rəhbəri, yəni 14 №-li xüsusi təyinatlı yol istismarı MMC-nin direktoru Araz Bəndəliyevdir. Bakı şəhərinin Tbilisi, Azadlıq, İzzət Nəbiyev, İsmayıl Hidayətzadə, Dilarə Əliyeva, bir neçə küçə və prospektlərdə əsaslı təmir-tikinti işlərini həyata keçirmişdir. “Ağ şəhər” layihəsində iştirak etmiş, Binəqədi-Novxanı-Corat avtomobil yolunun, Balaxanı-Binəqədi-Xırdalan dairəvi yolunu əsaslı təmir etmişdir. Xatırladım ki, Novxanı-Corat avtomobil yolunun uzunluğu 13,2 km, hərəkət hissəsi isə 12,5 m dir. Balaxanı-Binəqədi-Xırdalan dairəsinə qədər yolun uzunluğu 19,2 km, hərəkət issəsi 10 m dir. 30.000 pm mərmər və 42.000 pm beton səki daşı, səkilərə 60.000 m2 tamet daşı düzülmüşdür.

“Ağ şəhər” layihəsi çərçivəsində X. Rüstəmov və S. Vəzirov küçələrinin kəsişməsində piyada keçidi inşaa edilmiş, 550 metr istinad divarı çəkilmişdir.

Bu il Təbriz, Ə. Rəcəbli, S. Əskərova, Mir Cəlal, H. Seyidzadə küçələrində təmir-tikinti işləri aparılmışdır. Bölgələrdə də işlər davam etdirilir. Şabran rayonunda 20 km dördüncü dərəcəli kəndarası yol inşaa edilir.

Bu işləri şərəf və ləyaqətlə həyata keçirən bir neçə insanın adını çəkmək istəyirəm. Bəlkə onların buna heç ehtiyaclarıda yoxdur. Ancaq mən bunu özümə borc bilirəm. Sahə rəisi Məzahir Musayev, Baş mühəndis Rəsul Cabbarov, peşəsinə vurğun Bəyzadə Mehdiyev, Elçin Bayramov, qreyderçi Qurban Əliyev, vərdənəçi Elxan Hüseynov və adlarını çəkə bilmədiyim şərəfli insanlar.

 Fikrimi bir dahinin sözləri ilə bitirmək istəyirəm: “Elə bir şərəfli əmək yoxdur ki, axırda öz layiq olduğu qiyməti almasın”.

PS. Bizə bu işdə yaxından göstərdiyi köməyə görə M. Mahmudova minnətdarlığımızı bildiririk.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti