Millət vəkili Qənirə Paşayevanın başçılıq etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin dəvəti ilə Türkiyənin Şanlıurfa Böyükşəhər bələdiyyəsinin başqanı Nihad Çiftçi, Malatyanın Battalqazi bələdiyyəsinin başqanı Səlahəddin Gürkan, GAP Media mənsubları Cəmiyyətinin başqanı Həmid Özpolad və Duru TV-nin baş müdiri Məhməd Canbekdən ibarət heyət Azərbaycana gəlib.

 

Axar.az xəbər verir ki, səfər çərçivəsində bu gün Bakı Yunus Əmrə İnstitutunda “Şanlıurfa və Battalqazidən Qarabağa könül körpüsü” adlı tədbir keçirilib. Tədbirdə millət vəkili Sona Əliyeva, yazarlar, şairlər, təşkilat və KİV nümayəndələri iştirak ediblər.

Tədbirin açılışını edən millət vəkili Qənirə Paşayeva, türk bələdiyyə başqanlarının ilk dəfədir Azərbaycana səfər etdiklərini deyib:

“Qonaqlarımızın məqsədi ölkəmizi daha yaxından tanımaqdır. Şanlıurfa Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin əsas mərkəzlərindən biri olub. Bura çox qədim tarixə malikdir və tariximizin önəmli hissələrindən olan Ağqoyunlu və Qaraqoyunlu imperiyalarının əsas mərkəzlərindən olub. Zaman-zaman burada Qarabağ həqiqətləri və Xocalı soyqırımı ilə bağlı tədbirlərdə iştirak etmişik. Oktyabrda Şanlıurfada Azərbaycan bulvarı və Qarabağ parkının açılış mərasimi olacaq. Təklifimizi qəbul etdikləri üçün Şanlıurfa bələdiyyə başqanına təşəkkür edirəm”.

Ölkəmizdə səfərdə olan hər iki bələdiyyə başqanı çıxış edərək, Azərbaycanda olmaqdan məmnun olduqlarını bildiriblər, həmçinin Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişafının, ölkələrarası birliyin vacibliyini qeyd ediblər.

GAP Media mənsubları Cəmiyyətinin başqanı Həmid Özpolad isə çıxışında Dağlıq Qarabağ məsələsinə toxunub:

“Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir. Türkiyədə, Anadoluda Qarabağ məsələsi və Xocalı soyqırımından danışanda hər kəsin ürəyi ağrıyır”.

Tədbir iştirakçıların çıxışları ilə davam edib.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti