1. H
    əyatın bütün sahələrində sürətlə inkişaf edən müstəqil Azərbaycan zamanın çağırışlarına da adekvat cavab verir. Bu inkişaf isə öz növbəsində ümummilli lider Heydər Əliyevin və onun strateji inkişaf xəttinin davamçısı Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətlərinin nəticəsidir. Ölkənin iqtisadiyyat, elm, təhsil və sosial sahələrinin inkişafı ilə bağlı ölkə rəhbərləri tərəfindən qəbul edilmiş strateji qərarların reallaşması Azərbaycanı inkişaf etmiş dövlətlər sırasına çıxaracaq.


    Bu inkişafı ş
    ərtləndirən mühüm amillər sırasında təbii ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti vardır. Ölkə iqtisadiyyatının qan damarları adlanan bu qurumun yaradılmasından isə 130 ildən artıq vaxt keçir. Sözügedən mühüm infrastruktur Azərbaycan SSR-i daxilində olan dövrdə inkişaf etsə belə, onun müasir dövrün tələblərinə cavab verərək sürətlə inkişaf etməsi ölkəmizin müstəqillik dövrünə düşür. Buna rəvac verən əsas prioritetlərdən biri isə Azərbaycanın yerləşdiyi coğrafi və mühüm strateji məkandır.
    Avrasiyanın d
    əmir, avtomobil və su yollarının qovşağında yerləşən ölkəmiz üçün məhz bu infrastruktur Tanrının xalqımıza bəxş etdiyi bir nemətdir. Xalqımız da öz növbəsində bu nemətin inkişaf və şaxələndirilməsi istiqamətində həqiqətən titanik addımlar atır. Azərbaycan dəmir yolunun texniki cəhətdən yenidən qurulması, şaxələndirilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin açılması həmişə bir strateji məqsəd kimi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Məhz bu diqqət və qayğının nəticəsi kimi Bakı-Tbilisi-Qars və Şimali Avropanı Cənub Şərqi Asiya ilə birləşdirən Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizlərinin işə salınması, Bakı-Yalama və Bakı-Astara dəmir yollarının yenidən qurulması, Bakı-Qəbələ və Bakı şəhərətrafı dəmir yolunun tikintisini göstərmək olar. Sözügedən obyektlərin istifadəyə verilməsi birmənalı olaraq həmçinin sərnişindaşımaların, yükdaşımaların, o cümlədən turizmin inkişafını da şərtləndirir.

    Az
    ərbaycanda dəmir yolu sahəsində gedən bu məqsədyönlü quruculuq işləri Xəzəryanı akvatoriyada yerləşən qonşu dövlətləri də yaxın gələcəkdə intensiv beynəlxalq yükdaşımalara hazır olmağa səfərbər edir. Belə ki, bu məqsədlə hazırda Xəzərin şərq sahilində yerləşən Türkmənistanın Türkmənbaşı, Qazaxıstanın Kurık limanları sürətlə yenidən qurulur. Kurık limanının işə salınma mərasimində Azərbaycan, Gürcüstan, Türkiyə, Türkmənistan, Çin, Rusiya, Özbəkistan, Tacikistanın dövlət orqanları, həmçinin nəqliyyat-logistika şirkətlərinin rəhbərləri iştirak etmişlər. Tədbirdə çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin idarə heyətinin sədri C.Qurbanov Kurık limanını 2 ölkə arasında texnoloji körpü adlandırmışdır.

    “Azərbaycan Dəmir Yolları” QSC-nın fəaliyyətində isə mühüm yeri onun tərkibinə daxil olan “Dəmiryolservis” Məhdud Məsuliyyətli Cəmiyyət tutur. Bu qurumun isə çoxsaylı struktur bölmələri, o cümlədən dəmiryollarının əsaslı

    təmir-tikinti işlərini yerinə yetirən ixtisaslaşdırılmış Dəmiryolu müəssisəsi, istehsalat bazaları və uzunölçülü rels pletlərini qaynaq üsulu ilə hazırlayan Rels-Qaynaqlama qatarı vardır. “Dəmiryolservis” MMC həm dövlət proqramları çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə 5 stansiya, dalan yolları və s. təmir etməklə yanaşı, həmçinin digər dövlət və kommersiya təşkilatlarının balanslarında olan yolların əsaslı təmir-tikinti işlərini kompleks şəkildə həyata keçirir.

    Bu baxımdan “Dəmiryolservis” MMC tərəfindən son 3 ildə reallaşdırılan tikinti-quruculuq işlərinin siyahısına nəzər salmaq kifayətdir.

    Görülən işlərin sırasında dövlət proqramı çərçivəsində Bakı-Böyükkəsik istiqamətində 76,9 km baş yolların; Bakı Sərnişin – Sabunçu – Zabrat – Pirşağı – Sumqayıt sərnişin stansiyası istiqamətində 107 km dairəvi dəmiryolu xətti əsaslı təmir edilir və 7 dəst yoldəyişən qurğu quraşdırılıb; Şimal – Cənub layihəsi çərçivəsindəƏlət – Osmanlı – Astara istiqamətində 42 km yol yenilənmişdir.

    1. Şirvan baş stansiyası – Şirvan çeşidləmə mənzilinin tək dəmiryolunun 3,75 km hissəsi, Şirvan baş stansiyasında 0,9 km tək dəmiryolu, Şirvan çeşidləmə stansiyasında 1,1 km tək dəmiryolu, Qaragünə - Şirvan çeşidləmə mənzili üzrə 6,7 km tək dəmiryolu, Xıdırlı – Qaragünə mənzilinin 13,9 km cüt dəmiryolu da əsaslı təmir olunmuşdur.

    “ADY Konteyner” MMC-nin sifarişi ilə Sumqayıtçayda yük həyəti yollarının 5,5 km və 19 dəst yolayırıcılarının əsaslı təmiri davam edir.

  2. Təchizat idarəsinin sifarişi ilə Biləcəri təchizat bazasının 2 km anbar yollarının əsaslı təmiri və 4 dəst yolayırıcının quraşdırılması yekunlaşıb.

  3. Böyükşor lokomativ deposunun 3,4 km dəmiryolu, 16 dəst yolayırıcı qurğu, Ləcət stansiyasının 1,2 km dəmiryolları , 3 dəst yolayırıcı qurğu təmir edilmiş və quraşdırılmışdır.


Qeyd ed
ək ki, 2016-2017-2018-ci illərdə 24 nömrəli RQQ tərəfindən 1098474,2 metr yolqaynaqlama işləri həyata keçirilmişdir.


Vurğulandığı kimi respublika əhəmiyyətli dəmiryollarının əsaslı təmiri və yenilənməsi ilə yanaşı Bakıətrafı qəsəbələrin də nəqliyyat infrastrukturu inkişaf etdirilir. Belə ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 2018-ci ilin mart ayında “Bakı şəhərətrafı dəmiryolu xəttinin layihə - smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və inkişafı ilə bağlı tədbirlər haqqında” sərəncamına əsasən ümumi uzunluğu 107 km 56 dəst yolayırıcı, müxtəlif təyinatlı stansiya binaları və rabitə - işarəetmə infrastrukturunu özündə birləşdirən Bakı sərnişin – Sabunçu – Pirşağı – Sumqayıt sərnişin – Xırdalan – Biləcəri – Bakı sərnişin dairəvi dəmiryolunun yenidən qurulması istiqamətində işlər davam etdirilir. Qeyd edək ki, “Dəmiryolservis” MMC baş podratçı təşkilat qismində həmçinin Ləki – Qəbələ istiqamətində yeni dəmiryolu xəttinin çəkilişi layihəsini də reallaşdırır. Nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, inkişafı və şaxələndirilməsi istiqamətində görülən bu işlər Azərbaycana yaxın gələcəkdəəlavə maliyyə resursları gətirməklə yanaşı, həmçinin ölkəmizin beynəlxalq aləmdə mühüm nəqliyyat dəhlizi kimi imicini yüksəldəcək ki, bu da öz növbəsində qarşılaşdığımız Qarabağ probleminin həllindəəlavə dəstək deməkdir.
11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti