Üzü Cənuba doğru şütüyən gecə qatarı qaranlığın bağrını yardıqca, vaqonların hərəkətindən qopub ətrafa yayılan həzin taqqıltı sükutu qılınc kimi kəsir, ətrafdakı səssizliyi pozurdu. Yol boyu səpələnmiş obaların qaranlıqda bərq vuran işıqları ulduz seli kimi axıb arxada qalır, lokomotivin nəriltili fiti xəbər müjdəsi təki gecənin köksünə yayılırdı. Yaz mövsümünün qayğılarından yorğun düşən torpaq adamlarının yuxusunu diksindirən cecə qatarı sonuncu dayanacağa dogru irəliləyir, Simurq quşu kimi zülməti yarırdı.
Qatarın pəncərəsindən baxanda diqqəti cəlb edən kənd işıqları adamı duyğulandırır, elin-obanın hələ ayaqda olduğuna ümidi artırırdı. Dünyanın indiki amansız vaxtında şəhid ruhları kimi oyaq qalan duyğularımız canımızdakı həyəcan siqnalıdırmı, deyə bilmərik. Amma bildiyimiz odur ki, yer üzündə adına erməni deyilən bir toplum və onların havadarları on illərdi yaşantımıza qənim kəsilib.
Torpağın, yurdun, Vətənin qayğısını istədiyimiz kimi
çəkə bilməmişik. Əlimizi işdən, ürəyimizi arzudan soyudan müharibə kabusu bizi layiq olduğumuz yerdə dayanmağa qoymayıb. Adına Vətən dediyimiz bu bütövlüyün işində biz özümüz ola bilməmişik. Dünya güclərinin riyakar və həris niyyətləri bizi böyüməyə qoymayıb...

Bu dəfəki səfərimiz ölkənin Cənub bölgəsindəki Astara stansiyasına idi. Özünün subtropik iqlimi, işgüzar, zəhmətsevər insanları, təbii gözəlliyi və qonaqpərvərliyi ilə seçilən bölgədə həmişə qurucu və yaradıcı ovqat olub. İnsanları əsasən əkinçiliyə, meyvəçiliyə, heyvandarlığa və balıqçılığa meylli olan bu torpağın bar-bərəkətindən həmişə fəxrlə danışılıb. Əzəmətli Talış dağlarının köksünə sığınan insanlar elə o dağların özü kimi qürurlu və əzəmətli təsir bağışlayıblar.
İndi ötən zamanların şöhrəti bir az arxada qalsa da, həmin insanlar öz yer
lərində, öz işlərinin arxasındadırlar. Səhərin gözü açılanda dənizdən əliboş dönən balıqçılar bu gərdişə qüssələnmirlər. Bilirlər ki, Tanrının verdiyi ruzi-bərəkət yenə onlara qismət olacaqdır. Səfərimizin məqsədi Astara stansiyasında yolların əsaslı təmirini həyata keçirən " Dəmiryolservis " MMC kollektivinin işindən söz açmaq, dəniz kənarı boyu uzanan dəmir yolu xəttinin durumu ilə maraqlanmaq idi.
Bu yerdə bir faktı diqqətə çatdıraq ki, Cənub bölgəsi turizmin inkişafı baxımından cox əhəmiyyətli bölgələrdən biridir. Avtomobil və dəmir yolu nəqliyyatının fasiləsiz hərəkətdə olduğu bölgədə mövcud olan təbii şərait turizmə böyük töhfələr verə bilər. Bəzi sahibkarların burda inşa etdikləri obyektlərin fəaliyyəti də dediklərimizi əsaslandırmağa imkan verir. Səhərin gözü açılanda Lənkəran stansiyasına çatan qatarda foto operatorumuz Zahid Ramizlə birgə vaqonu tərk edib dəniz kənarı boyu uzanan dəmir yolu xəttini videolentə almaq üçün lokomotivə əyləşdik. Qatarı idarə edən Salyan lokomotiv deposunun maşinisti Kamal Əliyev bizi hörmətlə qarşılayıb çəkiliş üçün əlverişli şərait yaratdı. Çaya qonaq elədi.

İş qayğılarını soruşanda dedi ki, son illərdə Salyan lokomotiv deposunda böyük canlanma yaranıb. Müəssisə abadlaşdırılaraq rahat iş şəraiti yaradılıb. Köhnə lokomotivlər təmir edilib rənglənərək istismara qaytarılıb.

Dəniz kənarı boyu uzanan dəmir yolu xətti estetik baxımdan adamda xoş təəssürat oyadır. Amma Xəzərin şıltaqlığı artanda bənd-bərə tanımır. Artıq neçə illərdi ki, sahilbərkitmə işlərinin aparılmasına baxmayaraq, dəniz suları torpaq yatağını yuyub dəmir yolu xəttinə yaxınlaşmaqda davam edir. Hazırda dəmir yolu rəhbərliyi xəttin arxaya çəkilməsi istiqamətində axtarışlarını davam etdirir və bu olduqca əhəmiyyətli addım sayılmalıdır. Dogrudur, dəmir yolu xəttinin dənizə yaxınlığı kənardan cox maraqlı və cəlbedici görünür. Hərçənd ki, dəmir yolu nəqliyyatı üçün əsas şərt təhlükəsiz hərəkətin təminatıyla bağlıdır.

Astara stansiyasında qarşılaşdığımız ilk şəxs stansiya rəisi, uzun illərdi bu müəssisəyə rəhbərlik edən peşəkar hərəkətçi Akif Əliyev oldu. Tərtib olunmuş qatarı İran tərəfə təhvil verən hərəkətçi yol təmirçilərinin rahat işləməsi üçün planlaşdırdığı işlərin icrasına başlamışdı. Yolların narahatlığının uzun illər boyu onlar üçün problemə çevrildiyini xatırladan stansiya rəisi dedi ki, indi manevr işlərinin tam təhlükəsiz aparılması üçün əlverili şərait yaranır. Stansiyada ağır yüklü vaqonların çoxalması yolların təmirinə ehtiyac yaratmışdı. Bir neçə gündür ki, "Dəmiryolservis" MMC-nin kollektivi stansiya yollarının və yoldəyişənlərin əsaslı təmirinə start verib. Çox operativ işləyirlər və yaxın vaxtlarda yolların təmirini başa çatdırıb yoldəyişənlərin təzələnməsini həyata keçirəcəklər.

Sübh tezdən toparlanıb işə səfərbər olunan yol təmirçiləri ayrı-ayrı qruplar halında bir neçə istiqamətdə işləyirdilər. İş prosesində həm əsaslı təmir olunmuş yollarda tamamlama işləri görülür, həm torpaq yatağı texnikalarla nizamlanir, həm də yol və yol dəyişənlər sökülüb kənara

daşnırdı. İşin axarına rəhbəlik edən " Dəmiryolservis " MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyov sahə rəhbərlərinə müxtəlif tapşırıqlar verir, bəzən əllərinin işarəsi ilə başlanğıc istiqamətini göstərib, fikrini konkret dəlillərlə əsaslandırırdı. Stansiyada manevr işlərinə problem yaratmamaq üçün ən az imkanla ən çox iş görməyin yollarını izah edirdi. Çünki işin icrasına start verəndə kollektiv böyük çətinliklə üzləşmişdi. Sökülən yollardan çıxan çirkli ballastı daşımaq üçün təyinatlı vaqonların olmaması yol təmirçilərini yük maşınlarının xidmətindən istifadə etmək məcburiyyətində qoymuşdu. Bütün çətinliklərə baxmayaraq, onlar bu işi vaxtında yoluna qoymağı bacarmışdılar. Stansiyada görüləcək işlərin statistikasını diqqətə çatdıran Ə. Lütfəlibəyov bildirdi ki, stansiyanın 6 yolunda yarımyararlı materiallarla ümumi uzunluğu 7520 p/m təşkil edən əsaslı təmir işləri aparmalı, eyni formada 24 dəst yoldəyişən qurğunu təzələməliyik. Ötən günlərdə 4650 p/m yolun qoyuluşunu başa çatdırmış, 6000 p/m torpaq yatağını döşənməyə hazırlamışıq. Ümumilikdə, yollara boşaltmaq üçün 16140 kubmetr çınqıla ehtiyac var. Hazırda 3200 kubmetr çınqıl boşaltmışıq və RM -80 yol maşını ilə yolun nizamlanmasını həyata keçirmişik. Yollarda 6 dəst yoldəyişən qurğunu yenisi ilə əvəzlənib və yaxın günlərdə bu iş daha intensiv xarakter alacaqdır.

Onu da deyək ki, Bakı-Böyük Kəsik, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin icrasında qələbəli işlərə imza atmış " Dəmiryolservis " MMC-nin kollektivi bu gün Bakı-Sumqayıt dairəvi yolunun tikintisində də yaxından iştirak edir. Eyni zamanda müəssisənin bir qrup əməkdaşı Gürcüstan Respublikasındakı işlərdə fəaliyyətini davam etdirir.Bütün bunlara rəğmən aparılan işlər keyfiyyətli şəkildə uğurlu sonluğa istiqamətləndirilir.

Ümumiyyətlə sərhəd bölgələrində mövcud olan yaşayış massivlərində və dövlət qurumlarında həmişə üstün abad şərait olmalı, bu işə diqqət yetirilməlidir. Çünki ölkəmizin ərazisinə qədəm qoyan əcnəbilərdə ilk təəssüratı məhz burdakı vəziyyət formalaşdırır. Astara stansiyasında aparılan əsaslı yeniləşmə işləri bu baxımdan olduqca əhəmiyyətlidir. " Dəmiryolservis " MMC kollektivinin gördüyü işlər isə gələcəkdə artan xətt üzrə davam edəcək yük dövriyyəsinin nizamlanmasında əhəmiyyətli rol oynayacaqdır. Dəmir yolu nəqliyyatının iqtisadi əlaqələri genişləndikcə yollarımıza tələbat da artır. Bu gün yollar bizi üzü Cənuba aparır. Sabah əlaqələr şaxələndikcə bu istiqamətlərin xəritəsi də böyüyəcəkdir.

P.S Bakıdan Astaraya 660/659 saylı sərnişin qatarı ilə getmişdik. Qatardakı təmizliyi və İlham Məmmədovun rəhbərlik etdiyi qatar heyətinin sərnişinlərlə intizamlı xoş rəftarını sonda qeyd etməyi də özümüzə borc bildik.

Elbariz MƏMMƏDLİ

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti