Bu sözləri Axar.az-a Çavuşoğlu-Pompeo görüşünün yekununu şərh edən analitik Elçin Mirzəbəyli deyib.

Analitikin sözlərinə görə, görüşün müsbət nəticə verməsinin əsas səbəblərindən biri Türkiyə parlamentindəki partiyaların ABŞ-ın sanksiya qərarına sərt reaksiya verməsi ilə bağlıdır:Türkiyə Vaşinqton üçün mühüm strateji önəmə malik olan bir ölkədir və Türkiyənin iştirakı olmadan bölgədə hər hansı bir dəyişikliyə nail olmaq da mümkün deyil.

“Ana müxalifət partiyasının lideri Kamal Kılıçdaroğlu da ABŞ-ın sanksiya qərarına qarşı sərt addımlar atılmasının gərəkdiyini, hətta İncirlikdəki bazanın qapadılmalı olduğunu bildirib. Bu isə Birləşmiş Ştatların qərarının Türkiyənin ictimai rəyində dəstəkçisinin olmadığından və Vaşinqtonun Türkiyədə tamamilə gözdən düşə biləcəyindən xəbər verir. Sanksiya qərarı ABŞ-ı təkcə Türkiyənin siyasi hakimiyyəti ilə deyil, bütövlükdə türk xalqı ilə qarşı-qarşıya qoyub. Münasibətlərin bundan daha kəskin müstəviyə qədəm qoyması Birləşmiş Ştatlara yaxşı heç nə vəd etmir. Türkiyə Vaşinqton üçün mühüm strateji önəmə malik olan bir ölkədir və Türkiyənin iştirakı olmadan bölgədə hər hansı bir dəyişikliyə nail olmaq mümkün deyil”.

E.Mirzəbəyli hesab edir ki, xarici siyasət idarəsi rəhbərlərinin görüşü yaxın zaman kəsiyində tərəflər arasında gərginliyin müəyyən qədər səngiməsinə səbəb olacaq:

“Lakin bu, iki dövlət arasındakı problemlərin həll olunacağı anlamına gəlməməlidir. ABŞ-ın sanksiya qərarı iki ölkə arasındakı münasibətlərin mahiyyətinə, müttəfiqliyə uyğun gəlməyən, həddindən artıq kobud və ləyaqətsiz bir davranışdır. Türkiyə cəmiyyəti bu qərarı milli qürurunun tapdanması kimi qəbul edir və Vaşinqtonun hansı addım atacağından asılı olmayaraq, Türkiyədə ABŞ-a olan münasibət hələ uzun müddət dəyişməyəcək”.

Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Mayk Pompeo bu gün Sinqapurda görüşüb.

Mövlud Çavuşoğlu görüşdən sonra jurnalistlərə açıqlamasında ABŞ və Türkiyənin mövcud problemlərlə bağlı birlikdə çalışmaq barədə razılığa gəldiyini bildirib.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti