Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 7-də Pirallahı Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak ediblər.

 

"Qafqazinfo"nun xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, Pirallahıda yeni inşa olunmuş Gənclər Mərkəzi, “Mirvari” Park Kompleksi, “Nərəkənd” balıqyetişdirmə kompleksi və YAP Pirallahı Rayon Təşkilatının yeni inzibati binası istifadəyə verilib.

Dövlət başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva açılışlarda iştirak ediblər.

***

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda qəzalı binaların sakinləri üçün inşa edilən kompleksə gələrək, binalardakı mənzillərdə yaradılan şəraitlə tanış olublar.

İ.Əliyevin “Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci ildə imzaladığı Sərəncama uyğun olaraq müvafiq komissiya tərəfindən rayon ərazisində qeydiyyata alınmış 369 qəzalı binada yaşayan 5181 nəfərdən ibarət 1510 ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış kompleksi inşa olunur. Rayon mərkəzində ayrılmış 6,5 hektar ərazidə yerləşən kompleks 28 çoxmərtəbəli, 807 mənzilli binadan ibarət olacaq. Hazırda kompleksdə 114 mənzildən ibarət üç binanın tikintisi başa çatıb. Kompleksə daxil olan digər binalarda isə tikinti-quraşdırma işləri davam etdirilir. Tikintidə 200 nəfər işlə təmin olunub. Kompleksə 340 şagird yerlik məktəb binası, 120 yerlik iki uşaq bağçası, üç idman meydançası və velosiped zolağı daxildir. Ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb.

 








 
11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti